Ponticola bathybius

Dərinlik xulu— (lat. Neogobius bathybius) Xəzərin endemik növlərindəndir. Başı, demək olar ki, üstdən basıq deyil. Ancaq eni adətən hündürlüyündən çoxdur. İkinci bel üzgəcinin hündürlüyü arxa tərəfdə bir qədər azalır. Rostrumu azca sivriləşmişdir. Başının hündürlüyü enindən xeyli azdır. Qarın üzgəcləri anusa qədər çatmır, onun uzunluğu bədəninin uzunluğuna 7 dəfədən artıq yerləşir. Bel üzgəcinin qurtaracağında heç bir ləkə yoxdur. Bədəni yarımşəffafdır. Diri halda bədəninin üzərində olan pulcuqlar aydın görünmür, bu zaman onun miomerlərini aydın saymaq olur. Bədəni adətən ət rəngdə olur. Bu cinsin qalan bütün növlərindən fərqli olaraq birinci bel üzgəcində adətən 7, bəzən 6 və ya 8 şüa olur.

Dərinlik xulu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Dəstə:
Fəsilə:
???:
Dərinlik xulu
Beynəlxalq elmi adı

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Dərinlik xulu Xəzər dənizində Samurçaydan başlamış Sumqayıta və cənubda Astarayadək yayılmışdır. Az miqdarda Abşeron sahillərində də təsadüf olunur. Dərinlik xulu Xəzərdə yaşayan xul balıqlarının ən böyüyüdür. Onun ayrı- ayrı fərdlərinin uzunluğu 290 mm, kütləsi 330 q-a çatır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Yırtıcı balıqdır, başlıca olaraq balıqla qidalanır, bundan başqa mədəsində molluskalar, dəniz otu da tapılır. 4 ilə qədər yaşayır.

İki yaşında cinsi yetişkənliyə çatır, iyunun ikinci yarısından iyulun əvvə- linədək kürü tökməyə başlayır. Dişi balıqların hər birinin verdiyi kürülərin sayı 312 dən 2979 ədədə qədər olur. Dərinlik xulu kürüsünü iyul ayının əvvəllərində Orta Xəzərin qərb sahillərində tökür.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Vətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfindən qırmaqla tutulur.[2]

  1. FishBase (ing.). / R. Froese, D. Pauly
  2. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh77.
  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 140.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 212 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]