Popcaan (əsl adı: Andrae Hyu Suzerlend; 15 iyul 1991, Sent-Tomas parişi[d]) — Yamayka diceyi.
Popcaan | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ləqəbi | Popcaan |
Doğum tarixi | 15 iyul 1991 (33 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2007-ci ildən |
Janr | densholl[d] |
officialpopcaan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2008-ci ildə yamaykalı densholl diceyi Vybz Kartel-in səsyazma şirkəti olan Gaza Music Empire-yə qoşulub. Onunla bərabər ayaqqabı brendi "Clarks" üçün mahnı yazmış və həmin mahnısı beynəlxalq miqyasda hit olmuşdur. O, 2013-cü ildə Bruklində fəaliyyət göstərən müstəqil musiqi şirkəti olan Mixpak Records ilə müqavilə bağlayıb. Debüt studiya albomu "Where We Come From"-u bir il sonra, 2014-cü ildə təqdim edib.
Popcaan 2016-cı ildə Kanada repçisi Dreykə məxsus səsyazma şirkəti olan OVO Sound ilə və eyni zamanda Warner Records ilə müqavilə bağlayıb. Onun Mixpak ilə müqaviləsindən olan ikinci studiya albomu "Forever" 2018-ci ildə çıxmışdır. Popcaan-ın bir sıra ölkələrdə hit olan sinqlları mövcuddur: "Only Man She Want", "Everything Nice", "Ova Dweet", "El Chapo" və "Family". O, dünyanın bir çox şəhərlərindən olan sənətçilərlə əməkdaşlıq etmişdir: Jamie xx, Pusha T, Giggs, Matoma, Wale, Gorillaz və Davido. Popcaan 2018-ci ildə ekranlara çıxan "The Intent 2: The Come Up" adlı Britaniya istehsalı cinayət-triller filmində aktyorluq debütünü edib.
Popcaan Yamaykanın Sent-Tomas parişində anadan olmuş və Sent-Katerin parişindəki Portmor şəhərində böyümüşdür. O, sakinləri tərəfindən "Qansterlər şəhəri" (Gangsta City) olaraq adlanan bölgədə boya-başa çatıb. Uşaqlığının "çətin keçdiyini" deyir.[1]
Yaşadığı məhəllədəki "küçə problemləri", o cümlədən pis mühit onu təhsil almaqdan yayındırmış, maneçilik törətmiş və sonda o, məktəbdən çıxmağa məcbur olmuşdur. O, səhnə adı olan "Popcaan"-ı Portmorda cinayətə qurban gedən yaxın dostu "Scumpi"-dən alıb.[2]