Populus crispa

Dəfnəyarpaq qovaq (lat. Populus laurifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.

Dəfnəyarpaq qovaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Növün arealı Qərbi və Şərqi Sibiri, Qazaxıstanı, Monqoliyanı, Çinin şimal rayonlarını əhatə edir. Mədəni şəraitdə Rusiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürülüyü 10–20 (25) m, çadırvari çətirli ağacdır. Zoğları və cavan budaqları sarı və ya sarımtıl-qonur, üç uzunsov qanadvari buğumludur. Yaşlı ağaclarda gövdənin aşağı hissəsində dərin yarıqlı, tünd bozdur; yaşlı budaqlarda yaşılımtıl-qonur, hamardır. Tumurcuqları uzunsov-yumurtavari, iti, uzunluğu 1–2 sm, yapışqanlıdır. Yarpaqları bünövrəsində yumru, ucunda biz, kənarları xırda dişli, zoğlarda yarpaq ayası ensiz, lansetvari; budaqlarda-yumurtavari və ya uzunsov, uzunluğu 6–15 sm, eni 2–7 sm-dir. Saplaqların uzunluğu 6 sm-dir, silindrik, üstü çıxıntılıdır. Yalançı zoğları tez tökülən, yumurtavari-lansetvari, bizdir. Sırğaları sıx deyil; çiçək altlıqları kəsikli, çılpaq, yumurtavari və ya yumru, uzunluğu 3–5 mm-dir. Erkəkcikləri 60–65; tozluqları al-qırmızı; yumurtalığın uzunluğu 6 sm-dir, oyuqlu-çılpaqdır. Çiçəkləmə aprel ayının axırı və ya may ayında olur. İyun-iyul ayında meyvə verir.

Çay vadilərində, çınqıllı, qumlu yerlərdə, yamaclarda bitir. Qışa davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da rast gəlinir.

Avtomobil, dəmir yolları ətrafının yaşıllaşdırmasında tək əkinlərdə istifadə edilir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Populus amurensis Kom.
  • Populus crispa Dippel
  • Populus laurifolia f. lindleyana (Carrière) Rehder
  • Populus lindleyana Carrière
  • Populus pilosa Rehder
  • Populus pilosa var. leiocarpa Z.Wang & S.L.Tung