Pornokratiya (q.yun. πόρνη — fahişə sözündən; zina + κράτος — hakimiyyət), azğınların / fahişələrin hakimiyyəti / dövrü (it. pornocrazia romana, governo delle prostitute; lat. saeculum obscurum — gizli, qaranlıq əsr) — papa tarixində dövr (X əsrin birinci yarısı), hansı ki 904-cü ildə papa seçilən III Sergidən başlamış və XII İoannın 963-cü ildə vəfatına qədər 60 il ərzində davam etmişdir (digər məlumata görə XI İohan ölümünə qədər, yəni 30 il ərzində).
Bu müddət ərzində Roma pontifikləri Teoflikatlar adlı qüdrətli zadəgan ailənin güclü təsiri altında qalmışdılar. Ailə Roma konsolu və Tuskul komiti Teoflikat, onun azğınlar adını qazanmış həyat yoldaşı Feodora və onların qızı Maroziyadan ibarət idi, sonradan bura Maroziyanın oğlu II Alberix də qoşuldu. Tarixçinin yazdığı kimi, "bu zəngin, nüfuzlu və hakimiyyətə susamış qadınlar papa taxt-tacına öz dostları, qohumları və aşiqlərini qoyurdular. Onların xoşlarına gəlməyən papaları heç bir maneə olmadan devirdilər, aradan götürürdülər"[1].
Bu dövrə aid əksər orta əsr dəliləri kifayət qədər qərəzkardır, çünki papanın siyasi əleyhdarları tərəfindən yaradılmışdılar. Bununla belə, hətta Roma-Katolik kilsəsinin rəsmi tarixi qəbul edir ki, bir neçə on illiklər ərzində pozğun həyat tərzi ilə fərqlənən çox sayda papa dəyişib və onlar Teoflikatlar klanı tərəfində təyin və idarə olunurdular.
X əsrin birinci yarısında Romada real hakimiyyət Teoflikatlar ailəsinin nümayəndələrinə məxsus idi. Papa dövlətini Teoflikat idarə edirdi, onun konsul, duks, baş komandan (magister militum)[2] və papa IV Benediktin dövründə (900—903) papanın xəzinədarı[3] kimi tituları var idi. Tezliklə ailə dəstəyindən istifadə edərək III Sergi papa oldu.