Portuqaliyalı Beatris (port. Beatriz de Portugal) (31 dekabr 1504, Lissabon – 8 yanvar 1538, Nitsa, Dənizkənarı Alplar) — Savoyya hersoqu III Çarlzın xanımı, Savoyya hersoqinası. Atası Portuqaliya kralı I Manuel, anası isə Kastiliya kraliçası I İzabellanın qızı Mariyadır. Bu səbəblə Portuqaliya infantası olaraq da hesab edilir.
Portuqaliyalı Beatrisa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 dekabr 1504 |
Doğum yeri | |
Vəfat tarixi | 8 yanvar 1538 (33 yaşında) |
Vəfat yeri | |
Atası | I Manuel |
Anası | Araqonlu Mariya |
Həyat yoldaşı |
|
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
8 aprel 1521-ci ildə Savoyya hersoqu III Çarlzla evləndi və bu nikahdan 9 övladı oldu. Ancaq bunlardan yalnız biri — Emanuel Filibert yetkinlik yaşına çatdı. 1531-ci ildə həm xalası oğlu, həm də bacısının əri olan Müqəddəs Roma imperatoru V Karl tərəfindən Asti qrafinası elan olundu. Vəfatının ardından bu ünvan oğluna keçdi.
1533-cü ildə imperatorun bacısı qızı Danimarkalı Kristinanı Şamberidə qarşıladı və onun Milan hersoqu II Françesko Sforzayla evləndirilməsində vasitəçilik etdi. Ancaq 2 il sonra dul qalan Danimarkalı Kristinanı böyük oğlu Lüdoviklə evləndirmək istəsə də, bu planı baş tutmadı və oğlu cəmi 1 il sonra vəfat etdi. Həmin ilin aprelində fransızların Savoyyanı işğal etməsinin ardından Donna Beatris həyatda qalan 2 övladı və Şamberidə qorunan Turin kəfənini də alaraq Milana qaçdı. Burada Danimarkalı Kristina tərəfindən qarşılandı və onunla birlikdə Paviyadakı imperatora sığındı. Buna baxmayaraq imperatordan dəstək ala bilmədi və ardından Nitsadakı ərinin yanına getdi. 1538-ci ildə cəmi 1 aylıq olan ən kiçik övladı ilə eyni gündə vəfat etdi.