Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 12 gün əvvəl Solavirum (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Postmodern Aktyorluq Məktəbi (ing. Postmodern Actor School) — Azərbaycan Film Akademiyasının nəzdində fəaliyyət göstərən aktyorluq məktəbidir. 2020-ci ildə Zaur Tahirsoy tərəfindən təsis edilib.
Postmodern Aktyorluq Məktəbi | |
---|---|
Əsası qoyulub | 2020 |
Tip | İncəsənət |
Direktor | Zaur Tahirsoy |
Şagird sayı | 150 |
Şəhər | Bakı |
Ünvan | Heydər Əliyev prospekti 79/2 |
Postmodern Aktyorluq Məktəbi yarandığı ilk gündən effektli tədris proqramı ilə Azərbaycan kinosunda özünəməxsus fəaliyyəti ilə seçilir. Azərbaycanda ilk dəfə olaraq Aktyorun peşəkar inkişafı üçün müasir metodik vəsayitə sahibdir. [1]
2020-ci ildən başlayan fəaliyyəti dövründə kinoteatr üçün 6 film layihəsi hazırlayıb. Azərbaycanda ilk dəfə eşitmə məhdudiyyətli gənclərlə Pantomim tamaşa hazırlayıb.[2] [3] Müasir fəaliyyəti [4] nəticəsində qısa zamanda kino sənayesi inkişafına pozitiv qatqısı olub. Fəaliyyətin elə ilk aylarında Həyat Nə Qəribəsən layihəsi bütün ölkədə tanındı. [5]
Ümumilikdə 3 trimesterdə tədris planı mövcuddur. 1-ci trimesterdə Aktyor sənəti, ikinci trimesterdə teatr, 3-cü trimesterdə Kino və ya kameraönü aktyorluq tədris edilir. Sadəcə tədris planı deyil eyni zamanda kino sənayesi sistemidir. Tələbə aktyor sənəti texnikasını öyrənməklə yanaşı karyerasını da sistem daxilində qura bilir.