Azərbaycan Film Akademiyası — 2015-ci ildə yaradılıb. Əsas fəaliyyəti 2019-cu ildə başlayıb. Azərbaycan kinosu üçün yeni dövr başladıb. Azərbaycan Film Akademiaysında Postmodern Aktyorluq Sistemi tədris edilir. Nəzdində Postmodern Aktyorluq Məktəbi, Azflix, Ssenari Bankı fəaliyyət göstərir.
Azərbaycan Film Akademiyası | |
---|---|
Əsası qoyulub | 2015 |
Rektor | Zaur Tahirsoy |
Tələbə sayı | 150 (2020-2022) |
Şəhər | Bakı |
Azərbaycan Film Akademiyası 2015-ci ildə Zaur Tahirsoy tərəfindən təsis edilib . Azərbaycan kinosu sahəsində müstəqil və yeni sistem kimi dəyərləndirilir.
İlk olaraq Azərbaycan Film Akademiyasında[1] Aktyorluq ixtisası dərsləri verilib, daha sonra Ssenarist və Rejissor laboratoriyaları əlavə edilərək öncəki kino sahəsinin aktyor, rejissor və ssenaristlərinə ehtiyac olmadan daxili sistem yaradılıb. Azərbaycan Film Akademiyası Azərbaycanın 17 yaşa qədərki təhsilli aktyor və aktrisa bazasını tam əhatə edir. Azflix layihəsi Azərbaycan Film Akademiyasının nəzdində yaradılmışdır. Hazırda Azərbaycan Film Akademiyasının nəzdində "Sseanri Bankı", "Azərbaycan Kinorejissorlar Klubu" fəaliyyət göstərməkdədir. Azərbaycan Film Akademiyası ASAN xidmətlə əməkdaşlıq çərçivəsində könüllülərə özgüvən və özünüifadə seminarları keçir.[2] Məktəblinin Dostu proqramı daxilində Azərbaycan Orta təhsil müəsisələrində uşaq və yeniyetmələrə "Aktyorluq Terapiyası" proqramı ilə özgüvən, özünüifadə bacarıqlarını seminarlar və məğələlər vasitəsilə aşılayır. Orta Təhsil Məktəblərinin Dram dərnəklərinin təşkilində aktiv iştirak edir.