Pozitiv öhdəliklər

Pozitiv öhdəliklər və ya müsbət öhdəliklərbeynəlxalq insan hüquqları hüququnda dövlətin fundamental hüquqlardan səmərəli istifadəni təmin etmək üçün hər hansı bir aktiv fəaliyyətini təşviq edən öhdəliklər. Bu mənada o, dövlətlərin insan hüquqlarını pozmaqdan çəkinməyini nəzərdə tutan neqativ öhdəliklərdən fərqlənir.

Avropa İnsan Hüquqları Məhkəməsinin fikrincə, pozitiv öhdəliklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, praktikada onlar milli hakimiyyət orqanlarından hüququn təmin edilməsi üçün zəruri tədbirlər görülməsini[1], yaxud daha dəqiq desək, fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbirlər görülməsini[2] tələb edirlər.[3] Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır.[4]

Maddi-hüquqi öhdəliklər

[redaktə | mənbəni redaktə et]

Bu növ pozitiv öhdəliklər təmin olunan hüquqların tam həyata keçirilməsi üçün tələb olunan əsas tədbirlərin görülməsini nəzərdə tutur. Məsələn, polisin müdaxiləsini tənzimləyən düzgün normaların müəyyən edilməsi, qəddar rəftarın və ya məcburi əməyin qadağan olunması, həbsxanaların zəruri şəraitlə təmin olunması, Konvensiya normalarının övladlığa götürmə haqqında qanunvericiliyə və ya daha geniş mənada ailə qanunvericiliyinə daxil edilməsi və s.[5]

Prosessual öhdəliklər

[redaktə | mənbəni redaktə et]

Bu öhdəliklər şəxslərin daha yaxşı müdafiəsini nəzərdə tutan dövlətdaxili prosedurların təşkili, hüquqların pozulmasına görə yetərli müdafiə vasitələrinin təmin olunmasını ehtiva edir. Məsələn, fərdlərin səmərəli araşdırma aparılmasını tələb etmək hüququ (onların hüquqlarının iddia edilən pozuntuları ilə bağlı) və daha geniş konteksdə dövlətin çəkindirici və səmərəli cinayət qanunvericiliyini qəbul etmək vəzifəsi təmin olunur.[5]

  1. "Hakkanen Finlandiyaya qarşı, 23 sentyabr 1994". 2015-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
  2. "Lipez-Ostra İspaniyaya qarşı, 9 dekabr 1994". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
  3. "[[Avropa İnsan Hüquqları Konvensiyası|İnsan hüquqları haqqında Avropa Konvensiyası]] üzrə pozitiv öhdəliklər. © Avropa Şurası 2007" (PDF). 2019-08-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
  4. "İfadə azadlığı: [[Avropa İnsan Hüquqları Konvensiyası]]nın 10-cu Maddəsi üzrə Bələdçi". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-13.
  5. 1 2 Avropa İnsan Hüquqları Konvensiyası altında pozitiv öhdəliklər[ölü keçid]