Prespa

Prespa bölgəsinin 2009-cu il topoqrafik xəritəsi

PrespaŞimali Makedoniya, YunanıstanAlbaniya arasında paylaşılan bölgə.[1] Bölgənin ortasında yerləşən Prespa gölləri ilə eyni adı paylaşır. Ən böyük yaşayış məntəqəsi 9 min nəfərin yaşadığı Şimali Makedoniyanın Resen qəsəbəsidir.

İki Balkan müharibəsindən sonra Osmanlının Avropadakı ərazilərinin bölünməsinin nəticəsi olaraq bölgə bu gün 3 ölkə arasında bölünür. Roma hakimiyyəti dövründə bu bölgə boyunca məşhur Eqnati yolu inşa edilmişdir. Yolla yanaşı, burada bir neçə qəsəbə də salınıb. VI-VII əsrlərdə slavyan tayfaları Prespada daimi məskunlaşmamışdı.[2] Slavlar artıq talan edilmiş və əhalisi azalmış bölgəni keçib getmiş, lakin cənubdan Aralıq dənizi sahillərinə qədər davam etmişdilər.[3]

X əsrin sonu və XI əsrin əvvəllərində Komitopulların hakimiyyəti dövründə Prespa gölü ilə yanaşı, Prespa şəhəri də Birinci Bolqar İmperiyasının paytaxtı kimi qeyd olunurdu.[4] Bu şəhər həm də Bolqarıstan Patriarxlığının iqamətgahı idi, hansı ki sonradan Ohrid Bolqar Patriarxlığına köçürüldü.

1888-ci ildə Aşağı Prespanın Germanos kəndində, Samuilin valideynlərinin, atası Nikolayın, anası Ripsimia və qardaşı Davidin 993-cü ilə aid baş daşı tapıldı.[5]

  1. Dr. Elli Louka, Water Law and Policy Governance Without Frontiers Arxivləşdirilib 2023-10-11 at the Wayback Machine, Oxford University Press, 2008, ISBN 0199705887, p. 355.
  2. Tibor Živković et al., The World of the Slavs: Studies of the East, West and South Slavs: Civitas, Oppidas, Villas and Archeological Evidence (7th to 11th Centuries AD) Istorijski institut, 2013, ISBN 8677431047, p. 184.
  3. Ivan Mikulčiḱ, Medieval towns and castles in the Republic of Macedonia, Book 5 of Makroproekt "Istorija na kulturata na Makedonija", Macedonian Academy of Sciences and Arts, 1996, p. 27.
  4. Paul Stephenson, The Legend of Basil the Bulgar-Slayer, Cambridge University Press, 2003, ISBN 0521815304, p. 16.
  5. Florin Curta, Eastern Europe in the Middle Ages (500-1300) (2 vols) BRILL, 2019, ISBN 9004395199, p. 581.