Ölkə | ABŞ |
Prezident — ABŞ-nin Kaliforniya ştatı, Nəhəng Sekvoya Milli Parkı, Nəhəng Meşədə mövcud olan Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid böyük ağac.
“Prezident” dünyanın üçüncü ən böyük sekvoyasıdır (2012-ci ildə National Geographic jurnalında yayımlanan bir hesabata görə, “Prezident”-in həcmi “General Qrant”-ın həcmini 15% üstələyərək dünyanın ikinci ən böyük ağacına çevrilir[1]). Bununla belə, canlı bir ağacın həcminin dəqiq ölçülməsi çox çətin bir iş olduğundan, həcm müxtəlif yollarla ölçülə bilər (bütün budaqları və ya yalnız böyük budaqların nəzərə alınması, yeraltı kök hissəsini nəzərə alınması və ya almaması və s.). Milli parkın rəsmi veb səhifəsində hələ də "Prezident"-in dünyada üçüncü böyük sekvoya olduğu göstərilmişdir[2]. Ağacın 3240 yaşında olduğu təxmin edilir ki, bu da onun planetdəki ən qədim yaşıyan ağac olması deməkdir[1].
Ağac adını 1923-cü ildə ölümüş ABŞ-nin 29-cu Prezidenti Uorren Hardinqin şərəfinə adlandırılmışdır[3].
Prezidentin yanında Konqres Qrupu adlanan iki orta ölçülü sekvoya böyüyür: Palata və Senatı təmsil edirlər.
Hündürlüyü | 73,4 m[5] |
---|---|
1,5 m hündürlükdə gövdəsinin diametri | 7,1 m |
18 m dündürlükdə gövdəsinin diametri | 5,2 m |
55 m hündürlükdə gövdəsinin diametri | 3,55 m |
Gövdəsinin həcmi | 1.278,4 m³ |
Ən iri budağının diametri | 2,43 m |
Yarpaqlarının sayı | 2 milyona yaxın |