Priçard Kolon

Priçard Kolon Melendez (19 sentyabr 1992, Maitland[d], Florida) — Puerto-Rikolu keçmiş peşəkar boksçu, fəxri WBC Dünya Çempionu. 2010-cu ildə Pan Amerika Gənclər Çempionatında 64 kq (141 funt) kateqoriyasında qızıl medal qazanmışdır.[1] 2015-ci ildə Terrel Villiams ilə matçdan sonra Kolon soyunub-geyinmə otağında yıxılıb və beyin qanaxması səbəbindən 221 gün komada qalıb. O, çox zaman ayıq olsa da, davamlı vegetativ vəziyyətdə idi. Terrel Villiams ilə döyüş zamanı başının arxasından dəfələrlə qadağan olunmuş zərbələrə məruz qalmışdı. O, hal-hazırda ayıqdır və fizioterapiya alır. O, motorlu əlil arabası və rabitə qurğusundan istifadə edir.

Priçard Kolon
Ümumi məlumatlar
Boyu 1,85 m
Vətəndaşlığı
Doğum tarixi 19 sentyabr 1992(1992-09-19) (31 yaş)
Doğum yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

Priçard Kolon Florida ştatının Meytlend şəhərində anadan olub. Onun valideynləri Riçard və Nieves Kolondur.[2][3] 10 yaşında atası Puerto-Rikoya köçmək qərarına gəlib, buna görə Kolon adanı yarışlarda təmsil edə bilib. O, kiçik bacısı ilə birlikdə oraya köçüb, anası və böyük qardaşı isə Floridada qaldı. Ailə Puerto-Rikonun Orokovis şəhərində məskunlaşıb.[4]

Kolon karyerasına Puerto Rikonun Salinas şəhərinin Alberqe Olimpiko idman mərkəzində başlayıb. Məktəbi bitirdikdən sonra San Xuan şəhərində Müqəddəs Qəlb Universitetində (isp. Universidad del Sagrado Corazón) Biznesin idarəedilməsi ixtisası üzrə təhsil almağa başladı.[3]

Karyerası[redaktə | mənbəni redaktə et]

Kolon peşəkar debütünü 23 fevral 2013-cü ildə edib. Onun ilk döyüşü Puerto Rikonun Katano şəhərində Kosme Beitia Salamo Kolizey idman arenasında Xavier La Salleyə qarşı olmuşdu. Kolon La Salleni birinci raundda nokaut etmişdi. O, 2013-cü ildə beş dəfə və 2014-cü ildə 7 dəfə döyüşdü.[5] Onun ən məşhur döyüşü 9 sentyabr 2015-ci ildə özündən təcrübəli olan Vivian Harrislə oldu. Döyüş Torontoda Rikoh Kolizeyində baş tutdu və Priçard rəqibini dördüncü raundda nokaut etdi.[5]

17 oktyabr 2015-ci ildə Kolonun Virciniya ştatının Fairfaks şəhərində EagleBank Arenada Terrel Vilyamsla döyüşməsi nəzərdə tutulmuşdu. Bu döyüş əvvəlcə proqrama daxil edilməmişdi, amma Andre Dirrel Bleyk Kaparello ilə döyüşdən səhhətinə görə çəkildiyi üçün sonradan əlavə edildi.[6] Döyüş Kolonun Vivian Harrislə sonuncu qarşıdurmasından bir ay sonra baş tutmuşdu.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Panamerican Youth Championships - Santiago de los Caballeros, Dominican Republic - February 21-25 2010". 2010-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
  2. Sánchez Fournier, José. "Prichard Colón muestra señales de mejoría". El Nuevo Día. 23 oktyabr 2015. 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
  3. 1 2 Gaudier, Jonathan. "El orocoveño Prichard "Digget" Colón, se prepara para dar el salto al profesionalismo". PRBoxea.com. 11 iyun 2012. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
  4. Rivera Giusti, Carlos. "Prichard "Digget" Colón: Boricua por decisión unánime". NotiCel. 18 aprel 2015. 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2023.
  5. 1 2 3 Bracelin, Jason. "Hot prospect Prichard Colon faces undefeated Terrel Williams on October 17". PremierBoxingChampions. 6 oktyabr 2015. 2021-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2023.
  6. "Prichard Colon vs. Terrel Williams replaces Dirrell-Caparello on 10/17". Boxing News 24. October 5, 2015. November 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2023.