Hüceyrənin daxili tərkibi — protoplast adlanır. Protoplast hüceyrə orqanellərindən, mikroborucuqlardan, mikrostrukturlardan, membran sistemlərindən ibarətdir. Nüvəsiz hüceyrə tərkibi sitoplazma termini ilə ifadə olunur. Sitoplazmanın hüceyrə elementləri ilə zəif təchiz olunmuş hissəsi qialoplazma adlanır.
Protoplastın üst hissəsində, hüceyrə qlafı ilə əlaqədə olan xarici membranı – plazmolemma yerləşir. Vakupllar sitoplazmadan tonoplast – daxili membran vasitəsilə ayrılır. Mikroborucuqlar və mikrosisternlərdən ibarət olan endoplazmatik retikulum və ya endoplazmatik tor sitoplazmanın daxili membranları sayılır. Bütün membran sistemi dəyişkəndir. Onların eni 4–10 nm-dir. Membranların əsas komponentləri fosfolipid və zülallar hesab olunur; fosfolipidlərin daxili ikiqat qatı zülallrın ikiqat qatı arasında yerləşir. Belə ki, zülalların əksəriyyəti fermentlərdir. Membranların üst təbəqəsində maddələr mübadiləsi ilə bağlı reaksiyalar məhz bu fermentlərin iştirakı ilə baş verir.
Əgər membranların səthində ribosomlar olarsa, onları qranulyar membranlar, əgər ribosomlar olmazsa, onları aqranulyar membranlar adlandırırlar.
Bütün membranlar üçün nisbətən ümumi sayılan funksiya – nəqliyyat funksiyasıdır. Bunun üçün tələb olunan osmoelektrik potensial şəraiti membranın tərkibindəki metal ionları yaradır.
Endoplazmatik retikulum membranları hüceyrə orqanellərinin membranları ilə əlaqəlidir. Müxtəlif fizioloji proseslər zamanı zəncirdəki qoşulma və ayrılma reaksiyaları membran boşluğunda baş verən dəyişikliklər hesabına olur. Bu dəyişikliklər hüceyrə tərkibinin müəyyən paylara bölünməsinə səbəb olur.
Membranlar yenidəmn əmələ gəlmirlər, onların minimal sayı yumurta hüceyrəsi vasitəsiə ötürülür.
Membranda diametri 0,5-dən 10 Hm-ə qədər dəyişən məsamələr (dəliklər) vardır. Fərziyyəyə görə bu məsamələr vasitəsilə lipidlərdə həll olmayan maddələrin mübadiləsi baş verir. Hüceyrələr arasındakı maddələr mübadiləsi membranlardakı pazmodesmalar – dartılmalar vasitəsiə həyata keçirilir. Bu dartılmalar hüceyrə qişasından başlanğıc götürür. Canlı hüceyrə protoplastlarının membranlar vasitəsiıə vahid sistemdə birləşməsinə — simpast deyilir.
Protoplastın nüvə daxil olmayan hissəsi sitoplazma adlanır. [1]