Maak meşəgilası (lat. Prunus maackii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Maak meşəgilası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Maak meşəgilası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Amur vilayətinin meşələrində yayılmışdır.
Hündürlüyü 15 m-ə çatan, enli yumurtavari, dağınıq piramidal çətirli, dekorativ ağacdır. Gövdəsi hamar, parlaq, qabıqla örtülmüş gözəl, qırmızı- narıncı və ya qızılı-sarı rəngdədir. Yarpaqları 13 sm uzunluqda, ucu biz, parlaq, ellipsvari və ya uzunsov formadadır. Çiçəkləri ağ rəngdədir, diametri 0,6 sm-ə çatır. 10-50 ədədi bir yerdə olmaqla salxımlarda toplanır, iysizdir. Meyvəsinin diametri 5 sm-ə qədər olan, yumru, qara, xırda çəyirdəkmeyvədir. Çox acıdır, quşlar və ayılar tərəfindən yeyilir, ona görə vətənində «ayı giləmeyvələri» də adlandırılır. Tez böyüyür, toxumlarla asanlıqla çoxalır.
Soyuğa və küləyə davamlı olub, -400C temperatura dözür. Məhsuldar torpaqlarda daha yaxşı inkişaf edir. Kölgələnməyə çox həssasdır, işıqda öz dekorativliyini saxlayır.
Böyük Qafqazda təbii halda rast gəlinir. Abşeronda bu bitkiyə bir sıra yaşıllıqlarda təsadüf edilir.
Balverən bitkidir. Tək və qrup əkinlərində, xiyabanların yaradılmasında istifadə edilir. Mədəni şəraitdə 1870-ci ildən becərilir.