Alçaq badam (lat. Prunus tenella) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Alçaq badam | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Alçaq badam |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Avropada əsasən meşə və səhralarda təbii halda bitir.
Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir. Toxumlarla, calaqla, kök zoğları ilə çoxaldılır.
İşıqsevən, quraqlığa və qışa davamlıdır. Çox nəmişli zəngin torpaqlarda yaxşı inkişaf edir.
Böyük Qafqazda təbii halda rast gəlinir. Azərbaycanın bir çox rayonlarında mədəni halda becərilir. Dendrologiya institutunda introduksiya edilib.
Yaşıllaşdırmada gözəl və tez çiçəkləyən kol kimi qrup və ya tək əkinlərdə istifadəsi məqsədyönlüdür. Badamın oduncağı çox böyük sıxlığa malik olub, gözəl qırmızımtıl rəngə çalır.