Psixeya qədim yunan mifologiyasında məhəbbət və seks ilahı Erosla münasibətdə olan gözəl, lakin ölümlü olan bir qızdır. Onun sevgilisi Eros məhəbbət və gözəllik ilahəsi Afrodita ilə müharibə və dağıntı ilahı Aresin oğludur.
Psixeya | |
---|---|
Mifologiya | Qədim Roma mifologiyası |
Cinsi | qadın[d] |
Əri | |
Vikianbarda əlaqəli mediafayllar |
"Psixologiya", "psixoloq" kimi sözlər Psixeyanın adından götürülərək yaradılmışdır. Psixeya həm də ruh deməkdir. Psixeya Eros tərəfindən ruh ilahəsinə çevrilmişdir.
Psixeya Milet padşahının üç gözəl qızından biridir. O, bu üç bacının ən gənci və ən gözəlidir. Psixeya heç vaxt evlənə bilməz. Çünki heç kim belə gözəl qızla evlənməyə cürət edə bilməzdi. İnsanlar Psixeyanın gözəlliyinə o qədər aludə olurlar ki, hətta ilahələri Afroditaya sitayiş etməyi də unudurlar. Bundan sonra Afrodita böyük qısqanclıqla bunun qisasını almaq üçün oğlu Erosu yanına çağırır. Ondan Psixeyanı sevgi oxları ilə insanların ən çirkin və ən çox xor gördüklərindən birinə aşiq etməyi xahiş edir. Qızının vəziyyətinə üzülən və onun insanlar tərəfindən Afrodita kimi sevilməsinə və hörmət edilməsinə görə ilahların qəzəbinə məruz qalmasından şübhələnən kral Miletə gedərək Apollon məbədinin kahinləri ilə məsləhətləşir. Kahinlər krala bildirirlər ki, onun qızı heç bir insanın gəlini olmayacaq. Qızına yas paltarı geyindirməyi və onu dağın başına aparmağı, bu dağın başında onu qüvvəsinə heç kimin müqavimət göstərə bilməyəcəyi bir canavarın gözlədiyini və bu canavarın onun əri gələnə qədər onu insanlardan mühafizə edəcəyi bildirilir.
Saray və şəhər yasa boğulsa da, əmr böyük yerdən gəldiyi üçün verilən əmrə tabe olmaqdan başqa əllərindən bir şey gəlmir. Psixeyaya qara paltarlar geyindirib, onu dağın zirvəsinə aparırlar. Eros oxunu və yayını götürüb qızın yanına uçur. Psixeyanı görən kimi onun gözəlliyinə heyran olur və anası Afroditanın əmrlərini yerinə yetirə bilmir. Erosun oxu bu dəfə özünə dəyir və o, Psixeyaya aşiq olur. Külək ilahəsinin köməyi ilə qızı özünün sarayına aparır. Eros kim olduğunu Psixeyadan gizlədir və heç vaxt üzünü ona göstərmir. Ona görə də bir-birlərini ancaq gecələr görürlər. Gündüzlər möhtəşəm sarayında yaşayan Psixeya həyat yoldaşının xahişi ilə tanımadığı, kim olduğunu bilmədiyi ərini olduqca çox sevir. Lakin o, ailəsi üçün darıxır və onları görmək istəyir. Eros qızın bu istəyini qəbul edir və qızın bacılarını öz sarayına gətizdirir. Qızın bacıları saraya çox heyran qalırlar və bacılarına həsəd aparırlar. Bacılar gedərkən Psixeyaya deyirlər ki, həyat yoldaşı canavar ola bilər, buna görə də, o bunu mütləq şəkildə öyrənməlidir. Bu xəbərdən çox pis olan Psixeya verdiyi vədi unudur və gecə vaxtı bunu öyrənmək qərarına gəlir. Gecə əlində şam tutaraq ərinə baxır və çox yaraşıqlı bir gənclə qarşılaşır. Elə bu zaman əlində tutmuş olduğu şam lampasının ərintisindən bir damla Erosun çiyninə düşür. Eros yuxudan oyanır və sevgilisinin onun sözündən çıxmasından böyük məyusluq hissi keçirdərək Psixeyadan ayrılır.
Psixeya Erosu axtarmaq üçün dünyanı gəzir. Lakin heç yerdə tapa bilməyəndə Afroditadan kömək istəyir. Afrodita onu sınamaq üçün ona çox çətin tapşırıqlar verir. Afrodita birinci tapşırıq olaraq ona taxıl zəmisində taxılı buğdadan ayırmağı tapşırır və bu işdə qarışqalar ona kömək edir. Daha sonra Afrodita bu dəfə ondan qızıl qoyunların yunlarını qırxmasını istəyir. Bu işdə qıza bir çoban köməklik edir. Daha sonra Afrodita qızdan Hadesin arvadı Perseponanın makiyaj güzgüsünü almasını xahiş edir, lakin qız həmin güzgünün qapağını açmamalıdır. Psixeya yenə də öz marağına qalib gələ bilmir və güzgünün qapağını açır və bundan sonra qız huşunu itirir. Güzgünü Afroditaya göndərirlər və Psixeyanı da kömək etməsi üçün Zevsin yanına aparırlar. Zevs isə Psixeyaya ölümsüzlük bəxş edir. Eros və Psixeya əbədi olaraq şən və xoşbəxt ömür yaşayırlar.
Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |