Psixologiya elmləri doktoru

Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə.[1]

Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.[2]

  1. ""Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu (19 iyun 2009-cu il)" (az.). e-qanun.az. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
  2. Elmlər doktoru // İsgəndər Səklikov. Pedaqoji terminlər lüğəti. — Bakı: "Azəri" nəşriyyatı, 2021. — səh. 116.