Psixologiyanın tədqiqat metodları

Psixologiyasahəsində geniş tədqiqat metodları tətbiq olunur. Bu üsullar məlumatın əldə edildiyi mənbələrə, məlumatın necə nümunə götürülməsinə və məlumatların toplanmasında istifadə olunan vasitələrə görə fərqlənir.

"Metod" yunan sözü olub, nəyəsə nail olmaq yolu deməkdir (yun. methodos — psıa — tədqiqat və yabilik yolu, "yol" və yun. — söz, fikir, anlayış pedaqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan "üsul" termini də işlədilir)[1].

Metodlar həmçinin parametrlərinə görə keyfiyyət məlumatları, kəmiyyət məlumatları və ya hər iki parametrli məlumatları öyrənir.

Niteliksel psixoloji tədqiqat , tədqiqat tapıntılarının riyazi- statistik və ya digər kəmiyyət metodları ilə əldə edilmədiyi halda alınır. Kəmiyyət psixoloji tədqiqat tədqiqat nəticələrinin riyazi modelləşdirmə və statistik qiymətləndirmə və ya statistik nəticələrdən meydana çıxdığı halda alınır.

Psixologiyanın tədqiqat metodları

[redaktə | mənbəni redaktə et]

Psixoloji tədqiqatın üç əsas növü vardır:

  • Müvafiq tədqiqat
  • Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca xüsusiyyətdir. Müşahidə planlı, məqsədəmüvafiq şəkildə həyata keçirilir. Müşahidə metodunun üstün cəhəti ondan ibarətdir ki, bu zaman üzərinə müşahidə aparılan bundan xəbər tutmur, müşahidə təbii şəraitdə (iş zamanı, oyun, dərs və s.) aparıldığına görə öz hərəkətlərində dəyişiklik etmirlər
  • Eksperimental tədqiqiat Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi hadisənin, davranış tərzinin təzahürünü uzun müddət gözləmək

lazım gəlməsi ilə baglıdır Ona görə də psixologiyada ən çox əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur.

Müşahidənin növləri.(əsas)

[redaktə | mənbəni redaktə et]

Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistematik ola bilir. Qısamüddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir. Məsələn, müəllimin izahına şagirdlərin münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar. Dövrü müşahidəyə gəldikdə bu müəyyən dövrlərdə, məsələn hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin inkişaf dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik müşahidə də inkişaf dinamikasını aşkara çıxarmağa xidmət edir. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət məsələn, bütün dərs ili, müəyyən yaş dövrü ərzində aparılır. Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və ümumiləşdirmə əsasında müvafiq nəticələr çıxarılır Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin gedişini izləməyə imkan verir. Buna baxmayaraq müşahidə zamanı bəzi çətinliklər mövcud ola bilir. Hər şeydən əvvəl psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki dəyişikliyi müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək çətinləşir. Bundan başqa müşahidə psixoloqun subyektiv mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun elmi baxışları, təcrübəsi, peşə hazırlığı ilə yanaşı formalaşmış qiymətləndirmə stereotipi, etik prinsipləri, ustanovkası və s. öz təsirini göstərə bilər. şübhəsiz müşahidə aparan psixoloq bu kimi təsirlərin aradan qaldırılmasına çalışmalıdır[2]

Eksperimentin növləri (əsas)

[redaktə | mənbəni redaktə et]

Eksperiment müşahidədən birinci növbədə onunla fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gedişinə qarışır, tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə müvafiq olaraq şərait yaradır. Bu, müşahidə zamanı şəraitə tam nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır. Eksperimentin birinci növbədə iki növünü – təbii və laborator eksperiment növünü qeyd etmək olar.

Təbii eksperiment rus psixoloqu A. F. Lazurski (1874–1917) tərəfindən irəli sürülmüşdür. Təbii eksperimentin məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur. Bu cür eksperiment təbii şəraitdə (təlim, əmək, oyun şəraitində) həyata keçirilir. Məsələn, hansı materialın şagirdlərin təfəkkürünün inkişafını yüksək inkişafetdirici təsir göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan iki qrupdan birində (eksperimental qrup) təlim materialları problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup) ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni müəllim dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki qrupda yoxlama sorğu işləri keçirilərək hansı qrupda üstünlük olduğu aşkara çıxarılır.

Laborator eksperimentə gəldikdə bu laboratoriya şəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı elmi nəticələr əldə etmək mümkündür. Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı) eksperiment. Yaş və pedaqoji psixologiyada eksperimentin bu növlərindən geniş istifadə olunur. Müəyyənedici eksperiment psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin gedişinə təsir etmir. Öyrədici (formalaşdırıcı) eksperimentə gəldikdə bu eksperimentatorun fəal, məqsədəyönəlmiş təsiri prosesində yoxlananlarda psixikanın inkişaf xüsusiyyətlərini aşkara çıxarmasından ibarətdir. Bu cür eksperimentləri psixolojipedaqoji eksperiment adı ilə də adlandırırlar

Yardımçı metodlar

[redaktə | mənbəni redaktə et]
  • Sorğu metodu Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan da istifadə olunur. Bəzən müşahidə və eksperiment zamanı bu və ya digər hadisənin baş verməsi səbəblərini aşkara çıxarmaq mümkün olmur. Bunun üçün müsahibə metodu psixoloqun köməyinə çatır. Sual-cavab yolu ilə psixoloq ona lazım faktı əldə edir. Lakin müsahibə istintaqa çevrilməməlidir. Suallar düşünülmüş və birmənalı olmalıdır. Müsahibə metodunu çox vaxt sorğu metodu kimi də qeyd edirlər. Sorğunun müxtəlif variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və çatışmayan cəhətləri vardır. Sorğunun üç əsas növünü qeyd edirlər: şifahi, yazılı və sərbəst sorğu.

Şifahi sorğu, adətən, yoxlananın reaksiya və davranışı üzərində müşahidə aparmaq tələb olunduqda həyata keçirilir. Yazılı sorğuya nisbətən şifahi sorğu insan psixologiyasına daha dərindən nüfuz etmək imkanı verir. Belə ki, tədqiqat zamanı yoxlanan adamın reaksiya və davranışından asılı olaraq tədqiqatçı öz suallarını tənzim etmək imkanına malik olur. Lakin sorğunun bu variantının keçirilməsi üçün uzun vaxt və tədqiqatçının xüsusi hazırlığı tələb olunur. Belə ki, cavabların obyektivlik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranış və şəxsi xüsusiyyətlərindən asılı olur. Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna nisbətən az vaxt sərf etməyə imkan verir. Bu cür sorğunun daha geniş yayılmış forması anketlərdir. Lakin yazılı sorğunun qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara reaksiyasını görmək mümkün deyildir. Sərbəst sorğu bir növ şifahi və yazılı sorğunun müxtəlif variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki, veriləcək suallar əvvəlcədən müəyyənləşdirilmir. Bu cür sorğu zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyişdirmək mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə etməyə imkan verir.

Psixologiyada yardımçı metod kimi fəaliyyət metodlarının təhlilindən də istifadə olunur. Fəaliyyət məhsulu kimi Şagirdlərin icra etdikləri yazı işlərini, onların bədii yaradıcılıq məhsullarını: yazdıqları şer və hekayələri, əl işlərini, çəkdikləri rəsmləri və s. aid etmək olar. Belə ki, şagirdlərin yazı işlərini yoxlamaq və təhlil etməklə onlarda yazı vərdişlərinin inkişaf xüsusiyyətlərini, digər fəaliyyət məhsullarını təhlil etməklə həmin sahədə bacarıq və qabiliyyətlərinin xüsusiyyətlərin aşkara çıxarmaq mümkündür. Fəaliyyət məhsullarının təhlili daha çox yoxlananı əhatə etməyə imkan verir.

Müasir psixologiyada psixodiaqnostik metodlardan da istifadə olunur. Bunlardan ən geniş şəkildə tətbiq olunanı testlərdir. Test qısa müddətli standartlaşdırılmış psixoloji sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi bir sıra əvvəlcədən verilmiş standartlara – test normalarına nə dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir. Testlərin müxtəlif növləri vardır. Onlardan ən geniş yayılanları aağıdakılardır: müvəffəqiyyət testləri, intellekt testləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s.

Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konkret bilik bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara çıxarılır.

İntellekt testləri yoxlananların əqli inkişaf səviyyəsini aşkara çıxarmağa xidmət edir. intellekt testləri haqqında ilk fikir F.Qalton (1822–1911) tərəfindən irəli sürülmüşdür. Hal – hazırda psixodiaqnostik tədqiqatlarda D. Vekslerin şkalasından, "proqressiv Raven matrisasından", R. Amtxauerin əqlin (intellektin) strukturu testindən, Q. Y. Ayzenqin "öz qabiliyyətlərinizi yoxlayın", "özünüzün əqli inkişaf koeffisentinizi yoxlayın" və s. geniş istifadə olunur.

İntellekt testlərindən fərqli olan xüsusi qabiliyyət testlərindən də istifadə olunur. Bu cür testlərin köməyi ilə insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki və s.) malik olduqları aşkara çıxarılır.

Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq üçün tətbiq olunur. Ən çox tanınan kreativ testlərə C. Gilfordun və E. Torrensin testlərini aid etmək olar. Bu testin əsasında yeni, qeyri-adi ideyaları irəli sürə bilmək qabiliyyətini aşkara çıxarmaq dayanır. Bu testdə tapşırıqlar sistemi elə qurulmuşdur ki, yoxlanan adam şəraiti dəyişmək, obyektə başqa cür yanaşa bilmək imkanına malik olsun. Məsələn, obyektlərin şərhi zamanı onları daha çox sahəyə tətbiq etmək yollarını fikirləşmək və ya daha çox dairə və ya kvadrat tipli şəkilləri daxil etməsi tələb olunur. Bunun üçün yoxlananlara dairələr (kvadrat) şəkli çəkilmiş vərəqə verilir. Ondan həmin vərəqədə olan elementlərdən istifadə edərək şəkillər seriyası çəkmək tələb olunur. Yerinə yetirilən iş özünün məhsuldarlığına, sürətinə və orijinallığına görə qiymətləndirilir.

Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini tədqiq etmək üçün istifadə olunur.

Proyektiv testlərə gəldikdə onlar daxili proyeksiya dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi əsasında yoxlananların Şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik apperseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TATın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun) Psixodiaqnostik metod kimi sosiometriya metodundan da istifadə olunur. Sosiometriya (latınca – sosietas-cəmiyyət və yunanca – metreo-ölçmək deməkdir) – qruplarda və kollektivlərdə rəğbət və nifrət tipli şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlamdırılmış metodik üsulların məcmuundan ibarətdir. Sosiometriya amerikan psixoloqu C. Moreno tərəfindən işlənilmişdir. Bu metodun köməyi ilə əldə edilmiş məlumatlar xüsusi sosiometrik cədvəl və sosioqramda əks etdirilməklə təhlil olunur. Nəhayət psixologiyada riyazi – statistik metodlardan da istifadə olunur. Bu metodların köməyi ilə tədqiqat zamanı əldə edilmiə nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aşkara çıxarılır. Psixoloji tədqiqatlarda yardımçı metod kimi bioqrafik metodlardan da istifadə olunur. Bunun üçün insanın həyat yoluna aid faktların və hadisələrin, onun sələflərində, nəslində özünü göstərən xarakterik halların, sənədlərin, şəhadətnamələrin və s. təhlilindən istifadə olunur

Psixoloji tədqiqat dizaynları və məlumat toplama üsulları

[redaktə | mənbəni redaktə et]

Bəzi əsas psixoloji tədqiqat dizaynları və məlumat toplama üsulları aşağıdakılardır:

  • Arxiv tədqiqatı
  • Keys üsulu — əksərən tədqiqat metodları başlığı altında qeyd olunsa da, əslində yalnız bir tədqiqat metodundan ibarət deyil. Keys üsulu metodologiyası müxtəlif tədqiqat metodlarından (məsələn, müsahibə, müşahidə, özünü hesabat anketi) istifadə edir. Tədqiqatçılar tədqiqat məlumatların müvafiq təqiqat sahələri üçün nə demək olduğunu öyrənirlər. Beləliklə, keys üsulu tədqiqatları bir metod deyil, metodologiyadır.
  • Kompüter simulyasiyası (modelləşdirmə)
  • Məzmun təhlili
  • Hadisə seçmə metodologiyası, həmçinintəcrübə seçmə metodologiyası (ESM), gündəlik təhsil və ya ekoloji ani qiymətləndirmə (EMA)
  • Eksperiment əksərən müalicə və nəzarət qruplarına bölünür(elmi nəzarət və eksperimentlərin dizaynına baxın). Bir çox detal üçün Eksperimental psixologiyaya baxın.
  • Sahə eksperimenti
  • Müsahibə, strukturlaşdırılmış (şifahi və ya yazılı sorğu) və ya sərbəst ola bilər.
  • Meta-analiz
  • Neuroimaging və digər psixofizioloji üsullar
  • Müşahidə tədqiqatı (təbii müşahidə), iştirakçı və ya nəzarətçi ola bilər.
  • Kvazi-tədqiqat
  • Öz-hesabat inventarı
  • Əkizləri öyrənən tədqiqat

Tədqiqat dizaynları məlumatların yığılması zamanı olan dövrə (illərə) görə dəyişir:

  • Retrospektiv həmyaşıd tədqiqatı: Subyektlər seçilir və sonra onların keçmiş təcrübələrinə dair məlumatlar toplanır.
  • Prospektiv həmyaşıd tədqiqatı: Subyektlər tətbiq olunacaq və ya baş verməsi təklif olunan müstəqil təsirlərdən əvvəl seçilir.
  • Bir əhalindən bütün öyrənilən parametrlərin bir zaman kəsiyində nümunə götürülməsi kəsişmə tədqiqatı adlanır.
  • Uzunmüddətli tədqiqat: Subyektlər müxtəlif zaman kəsiklərində tədqiq edilir.

Psixologiya sahəsində tədqiqatlar həm heyvanlar, həm də insan subyektləri ilə aparılmışdır:

  • Heyvan üzərində tədqiqat
  • İnsan subyektləri tədqiqatı
  • Stangor, Charles Arxivləşdirilib 2015-05-16 at the Wayback Machine . (2007). Davranış elmləri üçün tədqiqat metodları . 3-cü ed. Boston, MA: Houghton Mifflin şirkəti.
  • Weathington, BL, Cunningham, CJL, və Pittenger, DP (2010). Davranış və sosial elmlər üçün tədqiqat metodları . Hoboken, NJ: John Wiley & Sons, Inc.


  1. "Təlim metodları anlayışı, onların təsnifatı" (az.). https://kayzen.az/=. 6 okyabr 2010. 2021-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2021.
  2. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyev. Ümumi psixologiya. Baki: YYSQ. 2014. səh. 55.