Psycho-Pass 2 seriyalarının siyahısı

Psycho-Pass 2 (サイコパス2, Saiko Pasu Tsu?, azərb. Psixopasport 2‎) Naoyaşi Şiotaninin rejissorluğu və To Ubukatanın ssenaristliyi ilə Tatsunoko Production studiyası tərəfindən istehsal olunmuş anime serialı. Psycho-Pass animesinin sikvel mövsümüdür. Anime serialında hadisələr avtoritar antiutopik gələcəkdə baş verir. Bu dünyada hər yerdə mövcud olan ictimai sensorlar fasiləsiz olaraq hər keçən vətəndaşın zehni vəziyyətini analiz edir. Hazırkı zehni vəziyyətinə və ümumi şəxsiyyətinə əsaslanaraq cinayət törətmə potensialına malik vətəndaşlar müəyyənləşdirilir. Bu göstəricilərə vətəndaşın psixopasportu deyilir. İkinci mövsümdə Akane bərpa olunmuş bir nömrəli birliyin lideridir. Birliyə bu dəfə yeni inspektor Mika Şimotsuki, indi icraçı olan Qinoza, Yayoy və iki yeni icraçı – Sakuya Toqane və Şo Hinakava daxildirlər. Birlik bu dəfə yeni cinayətkar Kirito Kamui ilə qarşılaşır. Anime serialı 10 oktyabr 2014-cü ildən 19 dekabr 2014-cü ilə kimi Fuji TV kanalının NoitaminA veriliş blokunda yayımlanmış və 11 seriya davam etmişdir.

Psycho-Pass 2
Anime serialının posteri.
ÖlkəYaponiya Yaponiya
Seriya sayı11
Ekranlaşdırma
Orijinal kanalFuji TV
Orijinal efir10 oktyabr 2014 (2014-10-10) – 19 dekabr 2014 (2014-12-19)
Mövsüm xronologiyası
← Əvvəlki
Psycho-Pass
Sonrakı →

Davam mövsümü 6 iyul 2013-cü ildə Production I.G prezidenti Mitsuhisa İşikava tərəfindən anons edilmişdir.[1] Rejissorları Kiyotaka Suzuki və Naoyaşi Şiotani, ssenaristləri To Ubukata və Cun Kumaqaydır.[2] Personajları dizayn edən Akira Amano, onları animeyə adaptasiya edən Kyoci Asanodur. Anime serialı 5 DVD və Blu-ray cildi şəklində 17 dekabr 2014-cü ildən 15 aprel 2015-ci ilə kimi buraxılmışdır.[3] Anime serialı Şimali Amerikada Funimation, Avstraliyada Madman Entertainment, Böyük Britaniyada Anime Limited tərəfindən lisenziyalaşdırılmışdır.

Musiqisi Yuqo Kannodur. Serialın açılış mahnısı Ling Tosite Sigure qrupu tərəfindən ifa olunan "Enigmatic Feeling" mahnısı, bağlanış mahnısı isə Egoist qrupu tərəfindən ifa olunmuş "Fallen" mahnısıdır.[4]

Seriya siyahısı

[redaktə | mənbəni redaktə et]
Azərbaycanca başlıq
Yaponca başlıq
Yayım tarixi[5]
1 "Ədalət tərəzisi <299/300>"
"Seigi no Tenbin <299/300>" (正義の天秤〈299/300〉) 
10 oktyabr 2014
2 "Sürünən bilinməzlik"
"Shinobiyoru Kyojitsu" (忍び寄る虚実) 
17 oktyabr 2014
3 "Şeytanın sübutu"
"Akuma no Shōmei" (悪魔の証明) 
24 oktyabr 2014
4 "İşin xilası"
"Yobu no Kyūsai" (ヨブの救済) 
31 oktyabr 2014
5 "Unforbidden Games"
"Kinjirarenai Asobi" (禁じられない遊び) 
7 noyabr 2014
6 "Those Who Cast Stones"
"Ishi o Nageutsu Hitobito" (石を擲つ人々) 
14 noyabr 2014
7 "Tapılmayan uşaqlar"
"Mitsukaranai Kodomo-tachi" (見つからない子供たち) 
21 noyabr 2014
8 "Peyğəmbərlik konsepsiyası <AA>"
"Miko no Kaitai <AA>" (巫女の懐胎<AA>) 
28 noyabr 2014
9 "Hər şeyə qadirlik paradoksu"
"Zen'nō-sha no Paradokusu" (全能者のパラドクス) 
5 dekabr 2014
10 "Ölçmə ruhu"
"Tamashī no Kijun" (魂の基準) 
12 dekabr 2014
11 "HANSI RƏNG?"
(WHAT COLOR?) 
19 dekabr 2014
  1. "I.G Head: 2nd Psycho-Pass Anime Season Is Underway". Anime News Network. July 6, 2013. 2013-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
  2. "Psycho-Pass 2's Scripts Overseen by Fafner's Tow Ubukata". Anime News Network. 2014-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
  3. "「PSYCHO-PASS 2」BD&DVD第1巻12月17日発売!". AnimeWebnt. 2014-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
  4. "Psycho-Pass". Fuji TV. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
  5. "PSYCHO-PASS 2". Media Arts Database (Japanese). Agency for Cultural Affairs. 2017-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.