Puka Puka (fr. Puka Puka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atoll quru və ensizdir.
Puka Puka adası | |
---|---|
fr. Puka Puka | |
Ümumi məlumatlar | |
Sahəsi | 4 km² |
Əhalisi | 157 nəfər (2007-ci il) |
Yerləşməsi | |
14°49′ c. e. 138°48′ q. u.HGYO | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tuamotu arxipelaqının ən ucqar adalarından biridir. Tuamotu arxipelaqının şimal-şərqində, Napukadan 260 km cənub-şərqdə, Fakahinadan 183 km şimal-şərqdə yerləşir. Bəzən Puka Puka adasını Napuka və Şimali Tepoto Dezappuentman adaları qrupuna daxil edilir[1]. Atollun sahəsi 4 km²-dir. Uzunluğu 5,7 km, eni 3 km-dir. Daxilində laqun vardır.
Puka-Puka 1521-ci ildə Fernan Magellan Okeaniyada ilk kəşf etdiyi adadır. 1947-ci ildə Tur Heyerdal Kon-Tiki qayığında Okeaniyanı üzüb keçərkən ilk gördüyü ada Puka-Puka olmuşdur. 1996-cı ildə güclü tayfundan zərər görən Te One Mahina qəsəbə Fransa dəstəyi sayəsində yenidən bərpa edilir.
İnzibati baxımından Tuamotu-Qambe inzibati vahidliyinə daxildir.
2007-ci il məlumatına görə adada 157 nəfər yaşayır[2]. Te One Mahina əsas yaşayış məntəqəsidir. Burada 110 nəfər yaşayır.