Pul tədavülü

Pul tədavülü — ölkənin daxili iqtisadi dövriyyəsində, xarici iqtisadi əlaqələr sistemində, əmtəə və xidmətlərin realizasiyının nağd və qeyri-nağd formasında pulun hərəkəti.

Şəhərlərin yaranması ilə iqtisadiyyat daha mürəkkəb olurdu. Əmək bölgüsü yaranır, barter sistemi inkişaf edirdi. Bu zaman yoxlanılması gərək olan qızılgümüşdən geniş istifadə edilirdi.