Pusa hispida ladogensis

Ladoqa nerpası (lat. Pusa hispida ladogensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Ladoqa gölündə yaşayır.

Ladoqa nerpası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Baltik halqaşəkilli suiti 10750 əvvəl Ladoqa gölünə keçmiş və 10200–10000 əvvəl yarımnöv yaranmağa başlamışdır. Genetik baxımından Sayma nerpası ilə qohumluq əlaqəsi vardır. Bunun səbəbi Sayma gölü ilə Ladoqa gölü arasında olan Vuoksa çayı ilə birləşməsidir.

Kiçik dəstələr əmələ gətirirki oradada 7–15 baş arası fərd olur.

Yayda onlar gölün az məskunlaşmış şimal sahillərinə, kiçik adalarına, qayalıqları və burunlar üzərində dinçəlməyi xoşlayırlar. Qışda isə cənub və cənub şərq sahillərini üstün bilirlər. Əsasən göldə olan balıqlarla qidalanırlar. Əsas düşmənləri canavar və tülkülərdir.

Xariçi görünüş

[redaktə | mənbəni redaktə et]

Onların uzunluği 135 sm, çəkisi — 47 kq təşkil edir. Yenidoğulan balaların uzunluğu 50 sm, çəkiləri isə 4–4,5 kq təşkil edir. Dörd cür xəzə malikdirlər.

Bu növün fərdləri yetkinlik yaşına 5–7 yaşında çatır. Çütləşmə mart-may ayları baş verir. Hamiləlik dövrü isə 11 ay sürür.

Bir bala verir və bu fevral-aprel aylarına təsadüf edir. 1–1,5 aydan sonra çütləşmə bövrü başlayır. Onlar 30–35 il çəkir.

1900-cü illiədə bu növün sayı 20 mini keçirdi. 2000-ci illərdə isə sayı 3 min başı keçmirdi. Onların sayının azalmasının səbəbi qanunsuz ovdur. 1980-ci ildə bu növün ovlanmasına qadağa qoyulmuşdur. Hazırda onlar üçün əsas təhlükə balıqçı torları və gəmilərdi.

Ladoqa neprası Rusiyanın qırmızı kitabına daxil edilmişdir.

  1. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0