Putorana — Orta Sibir yaylasının şimalında yerləşən, güçlü şəkildə parçalanmış dağ massivi.
Putorana | |
---|---|
Путорана | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1701 m |
Hündür nöqtəsi | Kamen dağı |
Yerləşməsi | |
69° şm. e. 93° ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Platonun şimal və qərb hissəsi üçün hündürlüyü 800 m olan sərt sıldırımlı zirvələr hakim olduğu halda cənub hissəsi hamar təpəli yamaclara sahibdir. Platonun maksimal hündürlüyü 1701 metrdir. Hündür zirvələri: Kamen dağı (1701 m), Xolokit (1542 m), Kotuyskaya (1510 m). plato şimaldan taymır yarıması ilə sərhədlənir. Putarana sözü evenk dilindən tərcümədə «sıldırımlı sahilləri olan göl» mənasını verir..
Platonun ümumi sahəsi 250 min km²-dir (Böyük Britaniyanın ərazisinə bərabərdir).
Plato ərazisində yerləşən Putorana qoruğu 2010-cu ilin avqust ayında YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir[1].
İnzibati cəhətdən plato Krasnoyarsk diyarının Taymır və Evenk rayonları ərazisinə daxildir. Ən yaxın iri yaşayış məntəqəsi Norilsk şəhəridir.
Platonun sətgi bazalt suzuerıardan ibarətdir. Belə ki lava axınlarının əmələ gətirdiyi pillələr açıq şəkildə sezilir. Orta Sibir alçaqdağlığında bu tip suxurlar çox yerdə rastlanılır. Ancaq Putarana isə ən böyük sahədir. Bu dünyada Hindistanda yerləşən sahəsinə görə Dəkkən yaylasından sonra ikini belə pilləvarı yayla sayılır.
Relyef baxımından düzən ərazilərdən, yarğan və dərələrdən ibarətdir. Bu çökəkliklərin bir çoxu su ilə dolaraq gölləri əmələ gətirmişdir. İri gölləri — Xantay, Keta, Lama.
Plato ərazisində Kureyka, Pyasina, Xeta, Kpotuy çaylarının mənbəyi, həmçinin Aşağı Tunqusun əsas qolunun başlanğıcı yerləşir. Çaylar plato ilə hərəkət edərək özünə yollar açmışdır. Nəticədə dərin kanyonlar, astanalar və şəlalələr əmələ gəlmişdir.
Kanyonlar və göl vadiləri gitkilərlə zəngindir. Putaran yaylasını bəzən «on min göllər və min şəlalələr diyarı» adlandırırlar. Şəlalərin sayına görə Rusiya ərazisində birinci yeri tutur.
Burada Avrasiyanın ən hündür şəlaləsi olan Talnikovıy şəlaləsi yerləşir. Onun hündürlüyü 482 metrdir.
Putarana yaylasında yerləşən Vivi gölünün əsas özəlliyi, onun cənub-şərq sahilinin Rusiyanın Coğrafi mərkəzi hesab olunmasıdır.
Platoda bazalt suzurlar arasında Maqnetit, Hematit, Silikatlar (Prenit, Seolit), Apatit, Fakolitlər[2] aşkar edilmişdir. Burada iri mis-nikel yataqları mövcuddur.
Təbii ehtiyyatlarına su və daş kömür də daxildir.
Yaylanın şimal sərhəddi Şimal Qütb dairəsidir. Bu səbəbdən iqlimi olduqca kontinentaldır. ancaq bəzi vadilərin və göl ətraflarının nisbətən yumşaq mikro iqlimi vardır. Onla əsasən şimal küləklərindən qorunan sahələrdir[3] Qütb gündüzləri tədricən qütnb gecələri ilə əvəzlənən ərazilərdəndir. Yaz, yay və payız üç aya sığır: iyun, iyul avqust. Qış ayları temeratur −40°С təşkil edir. ən isti ay olan iyulda temperatur +16°С çatır. İllik yağıntının miqdarı 500—800mm-dir. Yağıntı əsasən yayda düşür. Qarın qalınlığı olduqca az olur.
Yayala Subarktik zonada yerləşir. burada tundra və tayqa xətti kəsişir. Dağ zirvələri çılpaq qayalardan ibarətdir Yayla heyvanların miqrasiya yolları üzərində yerləşir. Vaşaq, sığın, qonur ayı, tülkü, dovşan və s iri heyvanların şimal arealını təşkil edir. Burada az miqdarda da olsa Qar qoyunu populyasiyası vardır.
Platonun əsas hissəsini Putorana qoruğu tutur.
Putarana yaylası ilk dəfə rus araşdırmaçısı Aleksandr Middendorf (1815—1894) tərəfindən 1844-cü ildə araşdırılmışdır. Onun şərəfinə 1902-ci ildə silsilələrin birinə onun adı verilmişdir.