Putqun (Putqni) məbədi

Putqni yaxud Putqun məbədi (erm. Պտղնավանք yaxud erm. Պտղնի Վանք) — Qırxbulaq mahalında, Ellər (12 oktyabr 1961-ci ildən — Abovyan) rayonunun Putqun/Putqni kəndində VI əsrin sonları — VII əsrin əvvəllərinə aid qədim türk məbədi.[1]

Eni 13,7 m, uzunluğu 29,9 m olan dördkünclü bu bazilika bölgədə qədim türk mədəniyyətinin parlaq nümunələrindəndir. Lakin təəssüf ki, VI–VII əsrlərdə Cənubi Qafqazda, о cümlədən Qərbi Azərbaycanda izi-tozu belə olmayan haylar bu gün başqa abidələrimiz kimi, bu abidəmizi də özlərinə çıxmaqda davam edirlər. Halbuki abidənin adı da onun türklərə — Qun//Hun budununa (boyuna) məxsusluğunu aydın göstərir. Putqni kəndinə ermənilərin ilk gəlişi XVIII əsrə təsadüf edir.

  1. "Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (Azərbaycan dilində), Bakı, Nurlan. 2007". 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-05.
  • Ə. Ələkbərli. Qərbi Azərbaycan, II cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, В., 2002, səh.631–632.
  • Ə. Ələkbərli – Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007,