Puzeum

Puzeum (ing. Poozeum; hərf. nəcis muzeyi) – ABŞ-nin Arizona ştatının Vilyams şəhərində yerləşən, koprolitlərə (fosilləşmiş nəcis) həsr olunmuş muzey. Dünyanın ən böyük koprolit kolleksiyasına malik olan Corc Frandsen tərəfindən 2014-cü ildə veb-sayt və resurs mərkəzi kimi yaradılmışdır. 2024-cü ildə muzey binası açılana qədər Frandsenin kolleksiyası səyyar sərgilərdə nümayiş etdirilirdi.

Puzeum
Loqonun şəkli
Xəritə
Əsası qoyulub 2014
Ölkə  ABŞ
Yerləşir Vilyams, Arizona
Kolleksiyası 8000 koprolit
35°15′04″ şm. e. 112°11′15″ q. u.
poozeum.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Puzeumun kolleksiyasına 8000-ə yaxın koprolit daxildir. Bunlardan biri tirannozavra aid edilən və 9,28 kiloqram çəkisi ilə dünyanın ən böyük koproliti olan "Barnum" ləqəbli koprolitdir.

Puzeumun hədiyyə dükkanı.
"Barnum", yırtıcıya aid dünyanın ən böyük koproliti.

Puzeumun qurucusu Corc Frandsen 18 yaşından etibarən koprolitlər toplamaqla məşğuldur. İlk koprolitini Yuta ştatının Moav şəhərində yerləşən bir qaya və fosil dükkanından əldə etmişdir.[1][2] O, kolleksiyasını genişləndirməyə davam etmiş və 2016-cı ilə qədər 1277 koprolit toplamışdır. Onun kolleksiyası bu göstəriciyə əsasən dünyanın ən böyük koprolit kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.[3] 2021-ci ildə kolleksiyadakı nümunələrin sayı 5.000-ə çatmışdır. Frandsen koprolitləri qayalardan fərqləndirmək üçün onların formasını, ölçüsünü, səth teksturasını, tərkibini, tapıldığı yeri və kimyəvi quruluşunu tədqiq edir.[4]

Koprolit sərgiləyən muzeylərin yoxluğu Frandseni Puzeumu qurmağa həvəsləndirmişdir.[2] Puzeum 2014-cü ildə onlayn qalereya kimi açılmışdır. Florida ştatında yaşayan Frandsen kolleksiyasındakı koprolitləri müxtəlif muzeylərə təqdim edərək səyyar sərgilərdə nümayiş etdirirdi.[5][6][7] O, 2024-cü ildə şirkət işindən çıxmış, evini satmış, Arizona ştatına köçmüş və kolleksiyası üçün muzey açmışdır.[8]

Puzeum 18 may 2024-cü ildə Arizona ştatının Vilyams şəhərində açılmışdır.[9] Muzeyin şüarı "#1 üçün fosilləşmiş #2" şəklindədir.[5] Muzey özünü "dünyanın əsas dinozavr nəcisi muzeyi və hədiyyə dükkanı" kimi təqdim edir, dinozavr mövzusunda əşyalar satır.[9] Muzeydə titanozavrın 1,2 metr uzunluğundakı nəcisinin replikası sərgilənir.[10] Koprolit kolleksiyası ilə yanaşı muzeydə tualetində oturmuş tirannozavrın tunc heykəli yerləşir. "Pis qoxan" (ing. The Stinker) adlı bu heykəl Ogüst Rodenin "Düşünən adam" (ing. The Thinker") heykəlinə göndərmə kimi yaradılıb.[11]

Koprolit kolleksiyası

[redaktə | mənbəni redaktə et]

Muzeyin kolleksiyasına 8000-ə yaxın koprolit daxildir.[9] Bu koprolitlərin yaşı 10.000 ilə 400 milyon il arasında dəyişir. Çınqıl ölçüsündə olan koprolitlərlə yanaşı 9 kiloqram çəkiyə malik böyük nümunələr də mövcuddur.[5] Koprolitlər dinozavrtimsah növlərinə aiddir.[12]

"Barnum" koproliti

[redaktə | mənbəni redaktə et]

Muzeydə sərgilənən "Barnum" adlı koprolit dünyada ən böyük yırtıcı koprolitidir.[2] Gec Təbaşir dövrünə aid edilən bu koprolitin tirannozavra aid olduğu güman olunur və Cənubi Dakota ştatının Baffalo şəhəri yaxınlığındakı rançda kəşf edilmişdir.[13] Koprolitə bu ad tirannozavrı kəşf edən palentoloq Barnum Braun və amerikalı şoumen Fineas Teylor Barnumun şərəfinə verilmişdir.[14] Koprolit 67,5 sm uzunluğunda, 15,7 sm genişliyində olub 9,28 kiloqram ağırlığındadır.[15] Analizlər tərkibində çox miqdarda fosfor və kalsium olduğunu göstərmişdir. "Barnum" koproliti "dünyanın ən böyük fosilləşmiş yırtıcı nəcisi" kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.[6]

Digər koprolitlər

[redaktə | mənbəni redaktə et]

Muzeydə sərgilənən "Dəyərli" adlı koprolit öz bütövlüyünü saxlamış ən böyük koprolit nümunəsidir və 1,92 kiloqram ağırlığındadır.[16]

  1. "An Arizona museum tells the stories of ancient animals through their fossilized poop". AP News (ingilis). July 1, 2024. July 2, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  2. 1 2 3 Khalil, Hafsa. "Poo museum: New 'Poozeum' displays record fossilised collection". BBC. June 2, 2024. June 11, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  3. Daley, Jason. "Collection of Fossilized Poo Certified as World's Largest". Smithsonian Magazine (ingilis). November 17, 2016. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  4. "How to Identify a coprolite". Poozeum. İstifadə tarixi: 22 iyul 2024.
  5. 1 2 3 Uncle John's Hindsight Is 20/20 Bathroom Reader (ingilis). Simon and Schuster. 2021. ISBN 978-1-64517-895-8. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  6. 1 2 Walker, Allison. "5 things to know about the 'crappy' Poozeum exhibit". Spectrum News 13 (ingilis). August 17, 2021. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  7. Broom, Brian. "Dinosaur dung comes in big loads, small loads, and it's loads of fun at this unusual museum". The Clarion-Ledger. April 7, 2023. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  8. Newman, Vicki. "Welcome to the Poozeum: Coprolite collector quits job to open museum of fossilized poo". Guiness World Records. May 31, 2024. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  9. 1 2 3 White, Meredith G. "Poozeum: World's biggest collection of fossilized poop comes to Arizona. Where to see it". The Arizona Republic. June 6, 2024. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  10. "Poozeum". Atlas Obscura (ingilis). June 25, 2024. June 29, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  11. Clemons, Marvin. "See the world's largest collection of dinosaur poop at Arizona's new 'Poozeum'". Las Vegas Review-Journal. May 6, 2024. May 11, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  12. "An Arizona museum tells the stories of ancient animals through their fossilized poop". ABC4. Associated Press. July 1, 2024. July 14, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2024.
  13. "Meet Barnum, the T. Rex Poop - The World's Largest Coprolite". Poozeum. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  14. "Episode 45: Poozeum". Curator's Choice. February 13, 2024. Event occurs at 30:26. July 20, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2024.
  15. "Largest coprolite from a carnivore". Guiness World Records. July 5, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
  16. Daley, Jason. "Collection of Fossilized Poo Certified as World's Largest". Smithsonian Magazine (ingilis). November 17, 2016. September 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]