Pyarnu çayı

Pyarnu (1919-cu ilə qədər — Pernava, Pernovka[2]; est. Pärnu jõgi, alm. Pernau‎) — Estoniyada çay. Uzunluğu 144 km, su toplayıcı hövzənin sahəsi 6910 km²-dir. Baltik dənizinin Riqa körfəzinə tökülür. Pyarnu Estoniyanın ən uzun çaylarından biridir.

Pyarnu çayı
est. Pärnu jõgi
Ölkə  Estoniya
Mənsəbi Pyarnu körfəzi
Uzunluğu
Su sərfi 48,2 m³/s
Hövzəsinin sahəsi 6.836,5 km²[1]
Pyarnu çayı (Estoniya)
mənbəyi
mənsəbi
Pyarnu çayı Estoniyaın fiziki xəritəsində:
<maplink>: JSON-u təhlil etmək mümkün olmadı: Sintaksis xətası
HGYO

25° şm. e. 41° ş. u.HGYO

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Çayın qidalanma rejimi qarışıqdır. Yuxarı axarlarında əsasən yeraltı sularla, aşağı axarları isə yağış suları ilə qidalanır. Mənsəbində, 26 km-lik hissədə orta su sərfi 48,2 m³/s təşkil edir. İl boyu suyun səviyyəsi dəyişir. Buna səbəb çay axarında heç bir böyük gölün olmamasıdır. Çayda hər il donma müşahidə olunmur. Ümumiyyətlə donam dekabrın ortalarında baş verir. Martın sonunda isə buz qatından azad olur.

Çayın axdığı ərazi silur dövrü süxurlarından təşkil olunub. Çay meandrlı formaya görə "estoniya Missisipisi" adlanır.[3] Pyarnu ölkənin fərqli landşaft ərazilərindən keçir: Pandivere regionu, Mərkəzi-eston və Soomaa düzənliyi və s.

Pyarnu çayı öz mənbəyini çox da böyük olmayan Allikayarv gölündən götürür. Göl Roosna Alliku qəsəbəsi yaxınlığındadır və eyniadlı rayonda yerləşir. Payde şəhəri yaxınlığında Pyarnu çayına iki birləşir: Vodya və Esna. Daha sonra isə Payede-Reopalu çayı birləşir. Pyarnu hövzəsinin əsas çayları bunlardı: Prandi, Lintsi, Piyumetsa, Kyaru, Vyandra, Navesti, Halliste, Raudna, Reyu və Sauq. Çay gəmiçilik üçün qismən yararlıdır. Çay üzərində 11 bənd və bir su elektrik stansiyası var. Çay kənarında ölkənin böyük kənd təsərrüfatı sahələri yerləşir. Yuxarı axarlarında Estoniyanın ən məhsulldar əkin sahələri yerləşir.

Çayın mənsəbində eyniadlı Pyarnu şəhəri yerləşir. Digər yaşayış məntəqələri bunlardı: Türi, SindiPayde.

  1. 1 2 Estonian Environmental Register.
  2. Русские акты Копенгагенскаго гозударственнаго архива // Издание Археографической Коммиссии, 1897
  3. "The Pärnu River basin and floods". Estonica. 11 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2017.