Pyatras Tsvirka

Pyatras Tsvirka (12 mart 19092 may 1947[1][2][…], Vilnüs[1]) — Litva yazıçısı. Litva ədəbiyyatında sosialist realizminin banilərindən biri.

Pyatras Tsvirka
lit. Petras Cvirka
Doğum tarixi 12 mart 1909(1909-03-12)
Vəfat tarixi 2 may 1947(1947-05-02)[1][2][…] (38 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Rossa qəbiristanlığı[d]
Fəaliyyəti yazıçı, şair, publisist, uşaq ədəbiyyatı yazıçısı
Əsərlərinin dili Litva dili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndli ailəsində doğulmuşdur. 1926-cı ildə Vilkiya şəhərində gimnaziyanı bitirdikdən sonra, Kaunass incəsənət məktəbində (1926-1930) oxumuşdur. 1928-ci ildə ilk kitabı çıxmış və müsadirə olunmuşdur. "Frank Kruk" (1-2 cild 1934), "Ana Torpaq"(1935), "Usta və oğulları" (1936)romanlarında, "Adi əhvalatlar" (1938) hekayə toplularında zəhmətkeşlərin ağır həyatı, inqilabi şüurun oyanması təsvir edilir."Intiqam əli" (1941), "İşğalçılar haqqında" povestlər (1943), "Palıd ağacının kökləri" (1945), "Qardaşlıq toxumu" (1947) "kitablarındakı hekayələrdə faşizimə qarşı mübarizə, xalqlar dostluğu tərənnüm olunur,müharibədən sonra Litva kəndlərində baş verən sosialist dəyişilikləri təsvir olunur. Tsvirka uşaqlar üçün də hekayələr yazmışdir.

Onun "Azərbaycanda" adlı iri publisistik əsəri var. Azərbaycan yazıçısı Osman Sarıvəllinin "Qırmızı qalstuk" oçerki Tsvirkaya həsr olunmuşdur.

Tsvirka Litva Yazıçılar İttifaqinin İdarə Heyətinin sədri (1945-ci ildən) olmuşdur. Vilnüs şəhərində abidəsi qoyulmuşdur.[3]

  1. 1 2 3 4 Цвирка Пятрас // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Azərbaycan Sovet Ensiklopediyası