Pyotr Məlikov

Pyotr Məlikov (gürc. პეტრე მელიქიშვილი; 29 iyun (11 iyul) 1850[1], Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası23 mart 1927, Tiflis, Gürcüstan SSR, SSRİ) — Gürcü, sovet kimyaçısı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1927). Tbilisi Universitetinin qurucularından biri və ilk rektoru[2][3].

Pyotr Məlikov
Doğum tarixi 29 iyun (11 iyul) 1850[1]
Doğum yeri
Vəfat tarixi 23 mart 1927(1927-03-23) (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti kimyaçı
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pyotr Melikişvili erməni zadəgan Məlikovl ailəsindəndir. Melikişvilinin valideynləri 1840-cı illərdə Axısqa şəhərindən Pyotrın doğulduğu Tiflis şəhərinə (indiki Tbilisi) köçür.

1868-ci ildə Pyotr Melikişvili Tiflis gimnaziyasını bitirir və növbəti il Odessa şəhərindəki İmperator Novorossiysk Universitetinə (indiki Odessa Universiteti) daxil olur. O dövrdə universitet müəllimləri arasında bir çox görkəmli alim var idi: Lev Tsenkovski, Nikolay Sokolov, İlya Meçnikov və başqaları. 1872-ci ildə Melikişvili universitetin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirir və növbəti il ilk elmi işini yazır. Tezliklə xaricə göndərilir, 1875-ci ildə geri qayıdır. 1885-ci ildə Melikişvili "İzomerik krotonik turşuların törəmələri haqqında" doktorluq dissertasiyasını müdafiə edir. 1885-1917-ci illərdə Odessa Universitetində çalışır[4].

1893-cü ildən etibarən əsasən qeyri-üzvi kimya sahəsində ixtisaslaşmışdır. 1899-cu ildə Sankt-Peterburq Elmlər Akademiyasının Lomonosov Mükafatının laureatı olur.

Tbilisi Universitetinin qurulmasında birbaşa iştirak etmişdir. 1918-ci il yanvarın 13-də Professor Şurasının ilk rəsmi iclasında Melikişvili universitetin ilk rektoru seçilir.

17 dekabr 1919-cu ildə Petr Melikişvili İvan Cavaxişvili tərəfindən rektor olaraq dəyişdirilir (Melikişvili ilə general-qubernator arasındakı siyasi fikir ayrılığı səbəbindən).

30 iyul 1921-ci ildə Aqrar fakültəsinin dekanı olur. 23 mart 1927-ci ildə 77 yaşında Tiflis şəhərində dünyasını dəyişir və Tiflis Universitetinin birinci binasının bağçasında dəfn edilir, məzarına büstü qoyulur.

Elmi nailiyyətlər

[redaktə | mənbəni redaktə et]

Əsas əsərlər doymamış üzvi turşulara və qeyri-üzvi peroksidlərə həsr edilmişdir[5].

1878-1881-ci illərdə akril, krotonik, mələk, tiqlin turşularının və onların törəmələrinin quruluşunu, reaktivliyini öyrənir. 1880-ci ildə Emil Erlenmeyerdən asılı olmayaraq qlisid turşusu kəşf edir və onun struktur formulunu qurur. 1880-ci ildə ilk olaraq izoserin adlandırdığı β-amino-laktik turşunu sintez edir.

Daha sonra (1897-1913) Lev Pisarjevski ilə birlikdə bəzi elementlərin (U, Nb, Ta, W, Mo, B, Ti və V) perasidlərini sintez ediri.

1899-cu ildə Sankt-Peterburq Elmlər Akademiyası Melikişvili və Pisarjevskiyə "Turşu peroksidləri haqqında" əsərlərinə görə Lomonosov mükafatını verir.

1929-cu ildə Pyotr Məlikovun adı Gürcüstan SSR Elmlər Akademiyasının Kimya İnstitutuna verilir.

Tiflis prospekti və Batumi küçələrindən biri Melikişvilinin adını daşıyır.

Tiflisin Lado Asatiani küçəsi, 44 ünvanında ona xatirə lövhəsi qoyulmuşdur[6].

  1. 1 2 Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Меликов Пётр Григорьевич, статья в Большой советской энциклопедии
  3. Меликишвили (Меликов) Петр Григорьевич Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine на сайте Архивов РАН
  4. "Petre Melikishvili". Ivane Javakhishvili Tbilisi State University. 2018-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14.
  5. "МЕЛИКИШВИЛИ, Пётр Григорьевич" (Краткий очерк истории химии). Кафедра физхимии РГУ (rus). Южный федеральный университет. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-7-22.
  6. "Памятная доска в городе Тбилиси". 2018-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.