Qırmızı pirakanta (lat. Pyracantha coccinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü.
Qırmızı pirakanta | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Qırmızı pirakanta |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şərqi Aralıq dənizi sahilərinə məxsus nadir növüdür. Zaqafqaziyada, Krımda, İtaliyada, Fransada, keçmiş Yuqoslaviya ərazisində, Şimali İran və Türkiyədə rast gəlinir.
Hündürlüyü 1-1,5 (2) m-ə qədər olan, iri budaqlı, tikanlarla əhatə olunmuş koldur. Yarpaqları qalın dərilidir, qışı keçirən, uzunsov-ellipsvari və ya uzunsov-neştərvari, bəzən yumurtaşəkilli formada olur, üst tərəfdən parlaq, tünd-yaşıl rəngli, alt tərəfdən tutqundur, cavan yarpaqları tüklu, daha sonra çılpaq olur, kənarları mişarvari-dairəvi dişlidir, saplağı qısadır. Qalxan çiçək qrupu budaqlanan olub, çoxçiçəklidir, sıxdır və qismən tüklüdür. Çiçəkləri xırda ağ və ya krem (açıq sarı) rəngdədir. Meyvələri şarşəkilli, parlaq narıncı-qırmızı və ya tünd qırmızı rəngdədir, noxud böyüklüyündədir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. Meyvələr kol üzərində baharın əvvəlinə qədər qalır. Azdır və tək-tək rast gəlinir, toxumla və vegetativ yolla çoxalır.
Çay boyu çınqıllıqlarda, meşəkə narlarında, seyrək meşələrdə, kolluqlarda, ovalıqlarda, dağlarda, aşağı dağ qurşağından orta dağ qurşağına qədər, bəzən yuxarı dağ qurşağında dəniz səviyyəsindən 1800 m yüksəkliyə qədər daşlı yamaclarda rast gəlir. Antropogen amillər ehtiyatının dəyişilməsinə səbəb olur. Mövcüd kollarını qorumaq və geniş sürətdə əkmək lazımdır.
Zaqatala (Tala kəndi), Şəki (Şin kəndi), Qusar (Qusarçay boyu), İsmayıllı (basqal və Talıstan kəndləri), Ağdaş (Bozdağ silsiləsində, Türyançay boyu), Şamaxı (Kirovka və Çuxurdyurd kəndləri) rayonları və Şuşa rayonun Daşaltı kəndində rast gəlinir. Gəncə , Sumqayıt və Bakı şəhərlərinin park və bağlarında əkilib becərilir. Turyançay qoruğu ərazisində qismən mühafizə edilir.
Dekorativ bitkidir. Meyvələri quşlar üçün yem əhəmiyyətlidir.