Medvedev armudu (lat. Pyrus medvedevii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Medvedev armudu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Medvedev armudu |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
İran və Ermənistanda (Dərələyəz) arealı vardır.
Hündürlüyü 12 m, gövdəsinin diametri 12 sm-dək, qabığı boz, yarıqlı ağacdır. Çətiri şarşəkilli, şaxələnmiş budaqlı və çox vaxt ucu sallaqdır. Yaşlı budaqlarının qabığı boz, cavan zoğları sıx ağımtıl tükcüklü, sonralar çılpaqlaşan qırmızı və ya mixəyi rənglidir. Budaqları uzun, iynəli, zoğların qabığı açıq boz, sonradan kərpic rəngli olur. Yarpaqları tərs lansetvarı, 9-11 sm uzunluqda və 3-4 sm enindədir, yuxarı hissədən enliləşmiş, qaidəyə doğru çox dartılmış, üstdən çılpaq və ya zəif tüklü, yaşıl, parıldayan, altdan boz tüklü, tam və dalğalı kənarlıdır. Yarpaq saplaqları 2,5-3 sm uzunluqdadır. Çiçəkləri çoxçiçəkli qalxancıqlarda toplanmışdır. Meyvələri armudşəkilli, yaşıl rəngli, xırda, 2,5-3 sm diametrindədir. Aprel-may aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvəsi yetişir.
Aşağı və orta dağ qurşaqlarında və ya seyrək meşələrdə, quru qayalı yamaclarda təsadüf edilir.
Naxçıvan MR Culfa rayonunun Camaldin kəndinin Darıdağ ərazisində, Babək rayonunun Lizbirt dərəsinin Qaraquş dağı sahəsində təbii halda yayılmışdır.
Bəzək bağçılığında itifadəsi məqsədyönlüdür.