Meğri armudu (lat. Pyrus megrica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Meğri armudu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Meğri armudu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qafqazda yayılmışdır.
Hündürlüyü 5-10 m olan, budaqları iynəsiz ağac və ya bəzən koldur. Meyvələri xırda, uzunluğu 1,5-2 sm, əsasən tək, seyrək tükcüklü, qalın meyvə saplaqlı, şarşəkilli-armudşəkilli, əyilmiş, xətvari hissəli kasacıqlıdır. Yarpaqları uzunsov-ellipsvari, (7) 8-3 (3,5) sm, ucu biz, kənarları dalğalı, üstü çılpaq, tünd yaşıl, parlaq, alt tərəfi keçəli, saplaqları qısa, uzunluğu 2-2,5 sm, keçəli tükcüklüdür. İynələri olmayan iri ağacdır.
Yolların kənarında və yarpaqlı meşələrdə rast gəlinir.
Naxçıvan MR-da təbii halda rast gəlinir.
Quraqlığa, rütubətə davamlı ərazilərdə istifadəsi məqsədyönlüdür.