Suriya armudu (lat. Pyrus syriaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Suriya armudu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Suriya armudu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Kiçik Asiyanın şərq hissəsi, Suriya, İsraildə yabanı halda bitir.
Suriya armudu orta ölçülü, qonur qabıqlı və ensiz çətirli ağacdır. Yarpaqları üstdən yaşıl, alt tərəfi açıq yaşıl, uzunsov-yumurtavari, yumru-rombvari və ya lansetvari-ellipsvari, uzunluğu 3-9 sm, eni 2-3 sm, yarpağın ucu küttəhər və ya bizdir. Mart və apreldə ağac ağ çiçəklərlə çiçəkləyir. Çiçəkləri diametri 3 sm-dək olan qalxana yığılmışdır. Sentyabr və oktyabrda meyvələri yetişir. Meyvələri şarşəkilli və ya bir az armudşəkilli, diametri 2sm-dək, qonurdur. Meyvəsi yeməlidir. Yetişmiş meyvəsi torpağa düşür və çürüməyə başladıqda qoxusu qabanları cəlb edir.
Soyuğa davamlıdır. Şoran olmayan torpaqda bitir.
Naxçıvan MR təbii halda rast gəlinir.
Qida əhəmiyyətli bitkidir, təbabətdə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Dekorativ görünüşə malikdir, çiçəkləmə zamanı gözəl görünür.