Qüdrət Piriyev

Qüdrət Piriyev (Tam adı:Qüdrət Əliövsət oğlu Piriyev; d.19 sentyabr 1950; Ağsu r., Bəyimli k) — jurnalist, “Xalq qəzeti” Redaksiya Heyətinin üzvü, baş redaktorun birinci müavini,“Əməkdar mədəniyyət işçisi”.

Qüdrət Piriyev
Qüdrət Əliövsət oğlu Piriyev'
Doğum tarixi (73 yaş)
Doğum yeri Ağsu rayonu, Bəyimli k
Vətəndaşlığı Azərbaycan AzərbaycanSSRİ SSRİ
Milliyyəti azərbaycanlı
İxtisası Jurnalistika
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti jurnalist, redaktor
Mükafatları Əməkdar mədəniyyət işçisi

Həyatı[redaktə | mənbəni redaktə et]

Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il senytabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə ordu sıralarında xidmət edib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində (əyani) təhsil alıb. 1978-1979-cu illərdə “Azərbaycan gəncləri”, 1979-1988-ci illərdə “Bakı-Baku” qəzetləri redaksiyalarında işləyib. 1988-ci ilin aprel ayından indiyədək “Xalq qəzeti”ndə (o vaxt “Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində işləyib. 2014-cü il fevralın 1-dən baş redaktorun birinci müavinidir. 27 ildir ki, fasiləsiz olaraq “Xalq qəzeti” Redaksiya Heyətinin üzvüdür. Yüzlərlə məqalənin və bir neçə kitabın müəllifi, redaktoru və tərtibçisidir. Ailəlidir. Üç oğlu və dörd nəvəsi var.[1]

Kitablar[redaktə | mənbəni redaktə et]

  • Ömürdən keçən günlərBakı, 2013; Hacı Qüdrət Piriyev, Anar Əliyev (həmmüəllif);
  • Ömür yolum-tale qismətim” Əlimuxtar Hüseyinzadə. Bakı-2001. Nəşrə hazırlayanı və redaktoru Qüdrət Piriyev;
  • Azərbaycanda stomatologiyanın tarixi və inkişaf mərhələləri", Bakı 2010, redaktor;
  • Baxışlar, düşüncələr, arzular” Qulamrza Səbri Təbrizi Bakı-2000 (Tərtib edəni, nəşrə hazırlayanı və elmi redaktoru);[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Jurnalistika onun ürək döyüntüləridir". 2019-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-25.
  2. Piriyev, Qüdrət.[ölü keçid]
  3. "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-25.