Yerusəlim krallığı[1] — birinci səlib yürüşü iştirakçılarının 1099-cu ildə Qüdsü işğal etdikdən sonra yaratdıqları dövlət. XII əsrin əvvəllərində qəti bərqərar oldu. 1291-ci ildə Misir qoşunları Aqra şəhərini tutduqdan sonra Yerusəlim krallığı süqut etdi.
Tarixi dövlət | |||||
Yerusəlim krallığı | |||||
---|---|---|---|---|---|
lat. Regnum Hierosolymitanum it. Regno di Gerusalemme ərəb. مملكة بيت المقدس yun. Βασίλειο της Ιερουσαλήμ | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt |
Yerusəlim (1099—1187) Tir (1187—1191) Akra (1191—1229) Yerusəlim (1229—1244) Akra (1244—1291) |
||||
Rəsmi dilləri | latınca, köhnə fransızca və italyanca (həmçinin, ərəbcə və yunanca da yaylmışdır) | ||||
Dövlət dini | katolisizm | ||||
Əhalisi |
|
||||
İdarəetmə forması | feodal monarxiya (votçina monarxiyası) | ||||
Kral | |||||
• 1100–1118 | I Balduin | ||||
• 1118–1131 | II Balduin | ||||
• 1131–1152 |
Melisenda -1131–1143-vü illərdə Fulk ilə birlikdə |
||||
• 1143-1152-1162 | III Balduin | ||||
• 1162–1174 | I Amori | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Krallıq Yerusəlim krallığı və 3 vassal (əslində müstəqil) dövlətdən – Tripoli, və Elista qraflıqlarından və Antioxiya knyazlığından ibarət idi.
Bu dövlətin ilk başçısı Bulonlu Qodfrey olmuşdur. Ancaq bir ildən sonra ölən Qodfridin yerinə qardaşı Boduin kral taxt-tacına oturdu. Krallığın ərazisi Qüds şəhərindən başqa Beyrut, Qeysəriyyə, Xayfa, Akka, Yaffa, Sayda, Sur şəhərlərindən və Qalileya vilayəti ilə sahil torpaqlarından ibarət idi. Bu krallıq səlibçilərin əsas dövləti idi və ona digərlərinin üzərində süzeren hüquqları verilmişdi. Bu dövləti əhəmiyyətli edən digər amil, Tampliyer və Qospitalyer ordenlərinin mərkəzlərinin burada yerləşməsi ilə bağlı idi.