Qütb dairələri

Qütb dairələri-(rus. полярные круги) Hər iki yarımkürədə 66°33' paralelindən keçən en dairəsidir. Şimaldakı şimal qütb dairələri cənubdakı cənub Qış dairələri bu dairələrdən qütblərə doğru qalan sahələr isə münasib surətdə: şimal qütb sahəsi və cənub qütb sahəsi adlanır. Şimal qütb dairələri üzərində yay gündönümündə günəş üfüq arxasında batmır, yəni iyunun 22-də burada ən uzun gündüz olur (24saat), qış gündönümündə günəş üfüq arxasından çıxmır, yəni dekabrın 22-də burada ən uzun gecə olur (24 saat). Qütb dairələrindən qütbə qədər olan sahədə qışda çoxgünlük qütb gecəsi olur ki, onun uzunluğu qış dairələri üzərində 1 gündən qütbdə 6aya qədərdir, yayda isə belə çoxgünlük qütb gündüzü olur. Bu hadisənin əksi cənub yarımkürəsində müşahidə edilir.[1]

Qütb dairəsi qütb bölgələrini müəyyənləşdirən dünya xəritəsində göstərilən beş böyük enlikdən biridir:

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. O.Osmanov.B.Abdullayev.İzahlı coğrafiya lüğəti.Bakı.1966.