Qış sarayının Aleksandr zalı

Aleksandr zalı
E.P.Hau, 1861
Zalın sarayın planında yeri

Aleksandr zalı (rus. Александровский зал) - Sankt-Peterburqdakı Qış sarayının cənub-şərq hissəsində yerləşən parad zalıdır.

Aleksandr zalı XIX əsrin 30-40-cı illərində Aleksandr Brüllov tərəfindən (məşhur rəssam Karl Brüllovun qardaşı) inşa edilmişdir. Memarın layihəsinə əsasən bu zal imperator I Aleksandrın xatirəsini əbədiləşdirməli idi. Bu memar həm də, Aleksandr zalından sonra gələn Neva enfiladasına daxil olan zalların müəllifidir. Hazırda həmin zallarda Ermitajın fransız rəssamlığı kolleksiyaları nümayiş etdirilir.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Zal qotikləşdirilmiş klassisizm üslubunda inşa edilmişdir. Zalın divarları müəllifi memar Fyodor Tolstoy olan və rusların fransızlar üzərində qələbəsinə həsr edilmiş iyirmi dörd medalyonla bəzədilmişdir.[1]

  1. "The State Hermitage Museum". 2013-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
  • Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.