Qış sarayının rotundası

Rotunda
Y. Tuxarinov, 1834
Rotundanın sarayın planında yeri

Rotunda (rus. Ротунда) — Sankt-Peterburqdakı Qış sarayının şimal-qərb qanadında yerləşən dairəvi otaqdır.

Rotunda Çar I Nikolayın sifarişi ilə memar Ogüst Monferranın layihəsi əsasında inşa edilmişdir. Otaq bir çox dövlət otaqları və imperator ailəsinin şəxsi otaqları arasında keçid rolunu oynamışdır.

1837-ci ildə Qış sarayında baş vermiş yanğın zamanı sarayın bir çox otaqları kimi, Rotunda da məhv olmuş, lakin, sonradan əvvəlki stilində bərpa edilmişdir.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Rotunda neoklassik məbəd stilində dizayn edilmişdir. Dairəvi otaq olan Rotunda gümbəzlə tamamlanmış, gümbəzin ortasında isə şüşəylə örtülmüş okulus yerləşdirilmişdir.[1]

  1. "The State Hermitage Museum". 2008-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
  • Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.