Qırmızıçiçək atşabalıdı (lat. Aesculus × carnea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü.
Qırmızıçiçək atşabalıdı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qırmızıçiçək atşabalıdı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Avropanın cənubunda və Şimali Amerikada, Ukraynanın cənub bölgələrində rast gəlinir.
Hündürlüyü 15-25 m-ə çatan, yığcam yumru çətirli, möhkəm yarpaqlıdır; əsas zoğları şaquli yuxarıya istiqamətlənmiş, aşağı budaqları horizontaldır. Müxtəlif rəngli (çəhrayı-qırmızıdan tünd-qırmızıyadək), çiçəklərin uzunluğu 20 sm-dək olub, süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçəkləmə mayın axırlarında müşahidə edilir. Meyvələri seyrək, barmaqvari-mürəkkəb, tünd yaşıl, parlaq və ya yaşıldır. Calaqla çoxaldılması mümkündür. Payızda yarpaqları uzun müddət yaşıl rəngini saxlayır.
Qışa, şəhər iqliminə, küləyə davamlıdır, ancaq quruluqdan əziyyət çəkir. Yaxşı drenajlı, gillicə torpaqlara üstünlük verir. İşıqsevən mezofit, mezotrofdur.
Bir çox park və bağlarda dekorativ bitki kimi becərilir.
Çiçəkləmə dövründə daha dekorativdir, tək, alleya və küçə əkinlərində geniş istifadə edilə bilər.