Qırmızı Ürəklər Fondu

Qırmızı Ürəklər Fondu — İctimai və sosial əhəmiyyətli, cəmiyyət üçün həssas və vacib olan məsələlərlə əlaqədar sosial təşəbbüslər, maarifləndirmə, təlim-tədris, sosial yönümlü aksiyalar, layihələr həyata keçirən fonddur. 12 dekabr 2020-ci ildə Kapital Bank ASC tərəfindən təsis edilmişdir.[1]

Qırmızı Ürəklər Fondu
  • Qırmızı Ürəklər Fondu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 15 dekabr 2020
Ünvan Azərbaycan, Bakı şəhəri, Füzuli küçəsi 71
Rəhbərlik
Rəhbər Sevda Haqverdiyeva

Rəsmi saytı redhearts.az

Tarixi[redaktə | mənbəni redaktə et]

“Qırmızı Ürəklər” 2020-ci ilin əvvəlində Kapital Bank-ın əməkdaşlarından ibarət kiçik könüllü qrupu kimi fəaliyyətə başladı. Çox qısa müddət ərzində cəmi 49 nəfərdən ibarət olan təşəbbüs qrupu yardımsevər, xeyriyyəçi insanları ərtafına toplayaraq üzvlərinin sayını 200 nəfərə çatdırdı. Öz xeyriyyə təşəbbüsünü bütün ölkəyə yayan “Qırmızı Ürəklər” (Red Hearts) komandası Vətən müharibəsində iştirak edən əsgər, qazi, şəhid ailələrinə və övladlarına davamlı olaraq maddi və mənəvi yardım göstərdi. Qrupun üzvləri “COVID-19” virusu ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində, eləcə də bayramlarda, xüsusi günlərdə minlərlə ailəyə dəstək əllərini uzatdılar. Bunun nəticəsi olaraq xeyli böyüyən təşəbbüs qrupu 15 dekabr 2020-ci il tarixində “Qırmızı Ürəklər” Fondu olaraq rəsmi şəkildə dövlət qeydiyyatına alındı. Hazırda ölkəmizin vətəndaşları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlılar da cəmiyyətimizin ən çox dəstəyə ehtiyacı olan üzvlərinə yardım etmək üçün Fonda müraciət edir, onun fəal üzvlərinə çevrilirlər.

Məqsədi[redaktə | mənbəni redaktə et]

İctimai və sosial əhəmiyyətli, cəmiyyətimiz üçün həssas və vacib olan məsələlərlə əlaqədar sosial təşəbbüslərin, maarifləndirmə, təlim-tədris, sosial yönümlü aksiyaların, layihələrin həyata keçirilməsidir.

Vizyonu[redaktə | mənbəni redaktə et]

Dünyəvi dəyərlər və müasir idarəetmə üsulları ilə yardımsevər cəmiyyət üzvlərini xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirən bir qurum olmaq.

Fondun İstiqamətləri[redaktə | mənbəni redaktə et]

• Cəmiyyət

• Ətraf mühit

• Heyvanlar

Fondun strukturu[redaktə | mənbəni redaktə et]

• Himayəçilik şurası

• Fondun prezidenti

• Fondun vitse prezidentləri

• Müşavirlər

• Hüquq departamenti

• Maliyyə və İnzibati işlər departamenti

• Layihələrlə iş departamenti

• Daxili auditorlar

Layihələr[redaktə | mənbəni redaktə et]

Hər Şey Mümkündür

Layihənin məqsədi daun sindromlu olan uşaqların müxtəlif bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində daun sindromlu uşaqlar üçün müxtəlif istiqamətlərdə master-klasslar keçirilir.[2]

Vətən Bağı

Layihənin Azərbaycanın bütün regionlarını əhatə etməsi planlaşdırılır. Layihənin əsas məqsədi, regionlarda həmin regionun şəhidlərinin sayına uyğun ağac əkməklə qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirməkdir. Həmçinin vətəndaşlarımız arasında ekoloji tərbiyəni gücləndirmək, Azərbaycannın ekoloji mühitinə töhfə vermək layihənin əsas istiqamətlərindəndir.[3]

Təmiz Mühit, Təmiz Gələcək

Layihənin məqsədi Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu vurğulamaq, dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün cəmiyyəti dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Onlar Bizə Əmanətdir

Layihənin əsas məqsədi 44 günlük vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin övladlarını yeni il ərəfəsində bayram hədiyyələri ilə sevindirməkdir. Bu layihə artıq 2-ci ildir ki, həayata keçirilir və bütün şəhid uşaqlarını əhatə edir.[4]

Tarix Yazan qəhrəmanlarımız

Layihə çərçivəsində aztəminatlı şəhid və qazi ailələrinə periodik dönəmlərdə maddi dəstəklər həyata keçirilir. Bununla yanaşı ehtiyac sahibi olan, aztəminatlı qazi ailələrin mənzil şəraitinin yaxşılaşdırılması o cümlədən gündəlik ehtiyaclarının qarşılanması istiqamətində dəstək tədbirləri görülür.

Pəncəli Ürəklər

Fondun heyvanların qorunması və qayğısı istiqamətində keçirdiyi fəaliyyətlər çərçivəsində sahibsiz heyvanlar üçün müxtəlif aksiya və layihələr təşkil olunur. “Pəncəli Ürəklər" layihəsi veb saytdan toplanan ianələr sayəsində sahibsiz heyvanlar ziyarət olunur. Bu xeyriyyə təşəbbüsünə qatqısı olan heyvansevərlər sayəsində toplanan vəsait heyvanların müalicə və qida ehtiyacları üçün xərcləniR. Layihəyə ianə edən şəxslər kimsəsiz heyvanlarımıza şəfqətli münasibətə bir ümid, onların da bu şəhərin bir sakininə çevrilməsinə bir dəstəkdir.

Tərəfdaşlar[redaktə | mənbəni redaktə et]

• Şimali Kaliforniya-Azərbaycan Mədəniyyət Mərkəzi

• Paşa Holdinq

• Kapital Bank

• Kontakt Home

• Paşa Bank

• Charity Time (ABŞ, Houston)

• Fairmont Baku, Flame Towers

• Almet Trading

Mükafatlar[redaktə | mənbəni redaktə et]

Daun sindromlu uşaqların inkişafına dəstək məqsədilə gerçəkləşdirilən “Hər şey mümkündür!” layihəsi “Kyiv International Advertising Festival”-da iki nominasiya üzrə (film PR & corporate image film, print & publishing PR & corporate image) bürünc medal qazanıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
  2. "Arxivlənmiş surət". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
  3. "Arxivlənmiş surət". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
  4. "Arxivlənmiş surət". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]