Qırmızı əqrəb (film, 1989)

Qırmızı əqrəb (ing. Red Scorpion) – 1989-cu ildə istehsal olunmuş ABŞ bədii filmidir.[1][2]

Qırmızı əqrəb
ing. Red Scorpion
Janr döyüş filmi, triller filmi
Əsas mövzu Soyuq müharibə
Rejissor Cozef Zito
Prodüser Cek Abramoff
Ssenari müəllifləri Cek Abramoff
Robert Abramoff
Arne Olsen
Baş rollarda Dolf Lundqren
M. Emmet Uolş
T. P. MakKenna
El Vayt
Brayon Ceyms
Operator Juan Fernandes
Bəstəkar Cek Çettauey
İstehsalçı Shapiro-Glickenhaus Entertainment
Distribütor Netflix
İlk baxış tarixi 21 aprel 1989
Müddət 105 dəqiqə
Büdcə $16 milyon (qiymətləndirməylə)
Gəlir $4,192,440 (ABŞ)
Ölkələr ABŞ ABŞ
Namibiya Namibiya
Cənubi Afrika Respublikası CAR
Dil İngilis dili
İl 1989
Rəng rəngli
Çəkiliş yeri Namibiya
IMDb ID0098180

Afrikada (Anqola nəzərdə tutulur) anti-kommunist hərakatı olan Vətəndaş müharibəsi başlayır. Bu səbəbdən SSRİ-nin hərbi qüvvələri Afrikaya ən yaxşı Xüsusi Təyinatlı Əsgərlərindən biri olan leytenant Nikolay Raçenkoya, üsyançıların başçısını öldürmək əmri verilir. Nikolay Raçenko SSRİ, KubaÇexoslovakiyanın birləşmiş hərbi qüvvələrinin yerləşdiyi Afrika səhrasına gəlir. Nikolay burada yerləşən bara gələn zaman mübahisə edir və bu səbəbdən dustaqxanaya göndərilir. Nikolayın qaldığı kamerada amerikalı jurnalist və komandir vardır. Həmin komandir Sundat üsyançılarına çalışır. Nikolay isə barda qəsdən mübahisə etmişdir ki, bu komandirin sayəsində üsyançıların başçısına çata bilsin. Amerikalı jurnalist və komandir Nikolayın planı sayəsində buranı tərk edə bilirlər, lakin bu zaman qarşı tərəf onları izləməyə davam etməyə başlayır. Yolda hərbi maşın qəzaya uğradığından onlar piyada getməyə məcbur olurlar.

Onlar üsyançıların düşərgəsində çatırlar. Üsyançıların başçısı Sundata Nikolaya təşəkkür edir və onu hər ethimala qarşı dustaqxanaya göndərir. Nikolay buradan qaçdıqdan sonra Sundatanı öldürməyə qərara gəlir, lakin Sundata ona qarşı əsgərləri ilə bərabər müqavimət göstərməyi bacarır. Sundata Nikolayı öldürmür və onu səhrada saxlamağı tapşırır. Sundata deyir ki, Nikolayın çalışdığı dəstə onu üsyançılardan da artıq zülmə düçar edəcəklər. Bir müddət sonra Kubanın əsgərləri onu tapır və hərbi bazaya göndərir. Bura Nikolayın komandiri olan General Vortek gəlir və onu mənfi münasibətlə qarşılayır. Ardınca onun əmri ilə Nikolaya qarşı amansızlıqla rəftar etməyə başlayırlar. Bu zaman Nikolay inanılmaz gücü sayəsində buradan qaçmağı bacarır.

Nikolay səhrada yolunu itirir. Burada Afrikanın tayfalarından biri olan Buşmenlərlə tanış olur. Bir neçə müddət keçdikdən sonra Nikolay Buşmenlərlə dostlaşır. Dostluq əvəzində onlar Nikolaya "Qırmızı əqrəb" tatuirovkası vurdurur. Sonralar Nikolay sovet və kuba birləşmiş hərbi qüvvələrinin buradakı insanlara qarşı törətdikləri vəhşiliklərin şahidi olur. Bu səbəbdən üsyançıların tərəfinə keçmək qərarına gəlir. Üsyançıların başçısı Sundata döyüş zamanı ağır yaralanmışdır. Sundata ölümünə yaxın Nikolayın üzərində "Qırmızı əqrəb" tatuirovkasını müşahidə edir və onu üsyançıların sırasında qəbul edir. Nikolay üsyaçılarla birlikdə sovet bazasına hücum edir və General Vorteki öldürür.

  1. "First Off . . . — Los Angeles Times". Articles.latimes.com. 1988-01-20. 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
  2. "Red Scorpion (Blu-ray) : DVD Talk Review of the Blu-ray". Dvdtalk.com. 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]