Xanlar Allahverdi oğlu Həşimzadə (d. 9 fevral 1955) — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015),, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024).
Xanlar Həşimzadə | |
---|---|
Xanlar Allahverdi oğlu Həşimzadə | |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Xanlar Həşimzadə 9 fevral 1955-ci ildə Nuxa şəhərində (indiki Şəki) anadan olmuşdur. X.Haşımzadə 1975-ci ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında çalışır. Hal-hazırda teatrın aparıcı səhnə ustasıdır. 200-ə yaxın tamaşalarda müxtəlif səpgili obrazlar yaratmışdır. Oynadığı həm dramatik, həm də komik obrazlar nəinki Respublikamızda, hətta Kubada, Praqada, Moskvada, Kazanda, Tiflisdə, Yoşkar-Olada, Daşkənddə və Səmərqənddə də yüksək qiymətləndirilmişdir. İki dəfə "Qızıl Dərviş" mükafatı ilə təltif edilmişdir. X.Həşimzadə V.Şekspirin "Kral Lir" əsərində Fransız Kralı, Ə.Əylisli "Quşu uçan budaqlar" əsərində Mehdi Qulu, M.F.Axundovun "Hacı Qara" əsərində Hacı Qara, C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərində Molla Abbas, H.Cavidin "İblis" əsərində İxtiyar, R.Stoyanovun "Ustalar" əsərində Qenco, B.Stratiyevin "Avtobus əsərində Məsuliyyətsiz, M.Bulqakovun "Usta və Marqarita" əsərində Pontiy Pilat, X.Eçeqarayın "Mahir aradüzəldənlər" əsərində Severo, S.Mrojekin "Xoşbəxt hadisə" əsərində Gəlmə Adam, E.De.Filipponun "Ruhlar" əsərində Paskyale Loyyokolo və bir çox əsərdə əsas rolların uğurlu ifaçısı olmuşdur. Oynadığı obrazları ilə tamaşaçıların məhəbbətini qazanmış Xanlar Həşimzadə günü-gündən öz ustalığını artırır.