Qırmızı körpü (İrəvan)

Qırmızı körpü — Ermənistanın paytaxtı İrəvan şəhərində, Zəngi çayı üzərindəki dağılmış körpü. 1945-ci ildə Qələbə körpüsünün açılmasından öncə şəhəri Zəngi çayının sağ sahil ilə birləşdirən əsas və yeganə körpü idi.

Qırmızı körpü
Xəritə
40°10′17″ şm. e. 44°29′59″ ş. u.HGYO
Keçid maşın üçün
Yeri İrəvan, Kentron[d]
Üslubu Aşırımlı körpü
Material dəmir-beton
Uzunluğu 87,5 metr
Eni 6,5 metr
Hündürlüyü 11
Açılışı XII
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qırmızı körpü adı onun tikildiyi vulkanik tufun rənginə əsasən verilmişdir. Əvvəllər Köhnə Zəngi körpüsü və Xoca Pilav körpüsü olaraq da bilinirdi. Kanakirdən olan zəngin bir tacirin vəsaiti ilə yenidənqurma işləri aparılmışdır[1][2].

Körpünün inşası XII əsrə aiddir. Şəhərə gedən bütün karvanlar məhs bu körpüdən keçirdi. Körpü İrəvan qalası ilə Ağrı vadisini birləşdirirdi. 1679-cu ildə köhnə körpü zəlzələ nəticəsində dağılır, lakin 1680-ci ildə o yenidən tikilir. 1850-ci ildə rus mühəndisləri əvvəlki görünüşünü qoruyaraq körpünün təmirini həyata keçirdirlər.

Körpü iki aralı daş tağdan ibarətdir. Tağlar arasında məsafə 14 + 14.1 m ölçülüdür. Yağış suyunun keçməsi üçün dayaqlarda dəliklər vardır. Körpünün sivri sütünları və eyni zamanda sütunların alt hissələri yonulmuş tüfdən düzəldilmişdir. Üst hissələr və bənd qalın kərpic birləşmələri olan bir məhlulun üstünə qoyulmuş və arxivoltların sərt naxışının qabarıq olduğu mənzərəli bir fon yaratmışdır. Üzəri tüflə örtülmüşdür. Körpünün ümumi uzunluğu 87,5 m, yolun eni 6,5 m, su səviyyəsindən hündürlüyü 11 m olmuşdur[3]. İlkin mənbədə son cümləsinin başlanğıc hərfləri əlavə edildikdə, körpünün tikildiyi il tərtib ediləcəkdir: İslam təqviminə görə 1035, Qreqorian təqviminə görə 1680-ə uyğun gəlir.

1940-cı illərin ortalarına qədər, Qələbə körpüsü tikilməzdən əvvəl Qırmızı Körpü şəhəri Zəngi çayının sağ sahili ilə birləşdirən əsas və yeganə körpü idi. Ancaq Qələbə körpüsü inşa edildikdən sonra Qırmızı körpü tərk edilir və əhəmiyyətini itirir. Hazırda körpü baxımsız və yarı ucuq vəziyyətdədir. İrəvanın orta əsrlədən bu günə qədər mövcudluğunu qoruyub saxlaya bilən nadir tikililərindən biridir.

  1. Шахазиз Е. Старый Ереван = Հին Երևանը. — Е., 1931. — С. 186—187.
  2. Акопян Т. Х. История Еревана (1500-1800 гг.) = Երևանի պատմությունը (1500—1800 թթ.). — Е.: Изд-во Ереван. ун-та, 1971. — С. 373.
  3. Очерк истории мостов. Часть 1. Деревянные и каменные мосты / Сост. М. Черепашинский. — М., 1898. — С. 109. — 187 с.