İrəvan qalası (erm. Երևանի բերդը Yerevani berdē; rus. Эриванская крепость E'rivanskaya krepost' ; fars. قلعه ایروان, Ghaleh-ye Iravân) — 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə, vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilmiş qala. Səfəvilər dövlətinin sərhəddlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar "Rəvan" sözü dialektdə "İrəvan" kimi işlədilmişdir.[1]
İrəvan qalası | |
---|---|
40°10′23″ şm. e. 44°30′10″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Şəhər | İrəvan |
Yerləşir | İrəvan |
Aidiyyatı |
Səfəvilər imperiyası İrəvan xanlığı |
Sifarişçi | Səfəvi hökmdarı Şah İsmayıl Səfəvi |
Tikilmə tarixi | 1504 |
Üslubu | Səfəvi memarlığı |
Material |
daş (özül və aşağı hissə) çiy kərpic (yuxarı hissə) |
Vəziyyəti | 1860 - 1930-cu illərdə ermənilər tərəfindən məhv edilib. |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qala Rəvanqulu xanın şərəfinə Rəvan, daha sonra isə İrəvan adlandırılıb. Qalada 8 məscid, 800 ev olub, burada isə yalnız azərbaycanlılar yaşayıb.[2]
Sonralar Osmanlı-Səfəvi müharibəsi zamanı dağıdılan qala divarlarını 1582–1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa daha da möhkəmləndirir.[3]
Çuxursəəd ərazisində üç qala olmuşdur. Onlardan biri 1583-cü ildə Çuxursəəd vilayətinin müvəqqəti olaraq Osmanlı imperiyası tərkibində olduğu zaman Fərhad Paşa tərəfindən strateji cəhətdən vacib yerdə, Zəngiçayın sahilində inşa etdirilmişdir.[4] Bu qala eyni zamanda Fərhad Paşa qalası da adlanmışdır.
İkinci bir qala Fərhad Paşa qalasının yaxınlığında yerləşib. İsgəndər Münşinin verdiyi məlumata görə bu qalanın əsası 1605-ci ildə Naxçıvan hakimi Molla Abdulbagi tərəfindən qoyulmuşdu.[5]
Üçüncü və əsas qalanın inşası isə Azərbaycan və İran şahənşahı Şah İsmayıl Səfəvinin sifarişi ilə vəziri Rəvanqulu xan tərəfindən 1504-cü ildə başlamış və inşa işləri 1511-ci ildə tamamlanmışdır.[6][7][8]
Türk səyyah və tarixçisi Övliya Çələbi İrəvan qalasının inşası haqqında yazır:
"Hicri 915-ci ildə (miladı 1510–1511) Şah İsmayıl Səfəvi öz vəziri Rəvanqulu xana Zəngiçay sahilində qala inşa etməyi tapşırdı. Həmin qalanın inşası yeddi ildən sonra tamamlandı."[9]
Fransız səyyahı Jan Şarden (XVII əsrin II yarısı) İrəvan qalasını müstəqil şəhərə bənzətmişdi. Onun yazdığına görə qalada 800 ev var idi, qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi. Ermənilər qalaya gündüzlər ticarət məqsədiylə gəlir, gecələr isə onu tərk edirdilər.[10][11]
11 aprel 1635-ci ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində türk qoşunları İrəvan qalasını alımışlar. İrəvan qalası 1604-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1603-1612) zamanı I Şah Abbas tərəfindən tutulmuş və İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilmişdi. Sonrakı iki əsrdə İrəvan bölgəsi (xanlığı) daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar arasında əldən-ələ keçmişdir.
İrəvan qalası uğrunda döyüşlərdə 1804-cü ildə İrəvan xanı Məhəmməd xan və mühasirədə olan qardaşlarına köməyə gəlmiş Naxçıvan xanı Kəlbəli xan general Pavel Sisianovun başçılıq etdiyi Rusiya ordusunu məğlub edərək geri çəkilməyə məcbur etdi. 1808-ci ildə Rusiya ordusu bu dəfə general-feldmarşal Qudoviçin başçılığı altında yenidən qalaya hücum etdi. İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən xan yüksək sərkərdəlik məharəti, xalqı yadelli işğalçılara qarşı səfərbər etmək bacarığı və şəxsi şücaət nümayiş etdirmişlər. Rusiya ordusu bu dəfə də məğlub edildi, Qudoviç isə Qafqazdakı rus ordusunun komandanı vəzifəsindən buna görə azad edildi. Bu qələbələrdən sonra qala əhalisi 20 ilə yaxın müddətdə müharibəsiz həyat sürmüşdü; yalnız Rusiya – Qacar müharibəsinin (1826–1828) gedişində İ. Paskeviçin komandanlığı altında rus qoşunu 1827-ci ilin oktyabrında uzaqməsafəli artilleriya silahlarından istifadə etməklə İrəvan qalasının müdafiəçilərinin müqavimətini qıra bilmişdi. Qala 1827-ci ilin 1 oktyabrında Çar Rusiyasının İvan Paskeviçin rəhbərlik etdiyi qoşunu tərəfindən işğal edilmiş, bundan sonra qala daxilində ermənilərin yerləşdirilməsi və yaşaması başlanmışdır.
İrəvan qalasının işğal edilməsi şərəfinə 1827-ci il 8 noyabrda Sankt-Peterburqdakı Qış sarayının kilsəsində I Nikolayın iştirakı ilə dua mərasimi keçirilmişdi. İrəvan qalasını zəbt edən general İ. Paskeviçin titullarına isə "İrəvan qrafı" titulu da əlavə edilmişdir.[12]
1853-cü ildə baş vermiş zəlzələ nəticəsində qala divarları ciddi zədələr almışlar. 1865-ci ildə isə qalanın ərazisi erməni Nerses Tahiryants gildiyası tərəfindən satın alınmışdır.[13] 1880-ci illərdə Tahiryanlar qalanın şimal divarlarını dağıdaraq yerində konyak zavodu inşa etmişlər. 1930-cu illərdə isə qala divarları ermənilər tərəfindən tamamilə məhv edilmişdir.[14][15]
Qalanın tkintisindən 2 əsr sonra onun istehkamları möhkəmləndirilib. Qala 3 tərəfdən dərin xəndəklə əhatə olunmuşdu, dördüncü tərəfdə bir-birindən 36–42 metr aralıda iki divar hörülmüşdü. Onların arasında su ilə dolu kanal axırdı. Kurtinlərin uzunluğu 4.5 kilometrə, hündürlüyü isə 12 metrə çatırdı. Qalada 53 top və 3 mortira quraşdırılmışdı. Qalanın içində Xan (Sardar) sarayı, məscidlər, hamamlar, kazarmalar, anbar və cəbbəxanalar yerləşirdi.[16]
Uzunluğu 850 metr olan qalanın divarları daş və çiy kərpicdən hörülmüşdü. Divarlar elə qalın olub ki, hətta top mərmisinə davam gətirib. Qalanın bayır divarının hündürlüyü 10 metrdən hündür idi və bu divarda 17 bürc vardı. Qala ikiqat divarla dövrələnmişdi. Daxili divar daha hündür idi və onların arasında təxminən 50–60 metr məsafə vardı. İç qaladan təxminən 1 km məsafədə Keçiqala adlı köməkçi qala da vardı. Beləliklə, xarici divarın keçilməsi halında hücum edənlər iki sıra divarlar arasında sıx bir məkanda qalırdılar ki, bu da onlara manevr etmək imkanını çətinləşdirdi və qarnizonun işini asanlaşdırdı. Ümumiyyətlə, İrəvan qalasının 50–60 bürcü, 3 qapısı olub:Cənubda Təbriz qapısı, Şimalda Meydan qapısı və Körpü qapısı. Qala daxili şəhər isə dörd məhəlləyə bölünüb: Qala məhəlləsi, Şəhər məhəlləsi, Təpəbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi. İrəvan qalası, çayın yüksək sahili boyunca uzanan qərb divarının qövsvari forması istisna olmaqla, dördkünc formaya malik idi. Qalanın iki qapısı var idi: cənub tərəfdən Təbriz qapısı və şimal tərəfdən Şirvan qapısı. Darvazalar qalın lövhələrdən hazırlanmışdı və dəmir lövhələrlə sarılmışdı. Darvazalar xarici divardakı xüsusi otaqlarda yerləşdirilmiş keşikçilər tərəfindən mühafizə olunurdu.
İrəvan qalasının divarları çox güclü idi və artilleriya mərmilərinin atəşinə tab gətirirdi. Qalada gizli su kəməri var idi ki, bu da qarnizonu uzun müddət mühasirəyə tab gətirməyə imkan verirdi. Qalaya ikinci hücum zamanı Rusiya qoşunları bu su kəmərini aşkar edib onu dağıtdılar. Ümumiyyətlə, İrəvan qalası Azərbaycan xanlıqlarında mövcud olan qalalar içində ən alınmaz qala nüfuzuna malik idi və onun fortifikasiya xüsusiyyətlə rus generallarının hesabatlarında dəfələrlə qeyd olunurdu. Məhz bu qala sayəsində İrəvan xanlığı Rusiya tərəfindən Azərbaycan xanlıqları arasında ən sonda işğal edilmişdir.[17]
Qaladaxili şəhərsalma tipik şərq – Azərbaycan şəhərləri üslubunda olmuşdur; küçələr dar, evlərin divarları hündür olduğuna görə küçədən evlərin həyətlərini müşahidə etmək mümkün deyildi. Bəzi məlumatlara görə qalada iki, bəzilərinə görə isə dörd məscid olmuşdur. Bunlardan ən qədimi 1510-cu ildə inşa edilmişdi. Ən möhtəşəmi isə Sərdar sarayının yaxınlığında əsası I Şah Abbasın hakimiyyəti dövründə (1587–1629) qoyulmuş Şah Abbas məscidi (Cümə məscidi) olmuşdur.[18] Sərdar sarayının əsası İrəvən qalası ilə eyni vaxtda qoyulsa da, sonrakı illərdə saray əsaslı surətdə təkmilləşdirilmiş və Azərbaycan memarlığının incilərindən birinə çevirilmişdir.[19]
Uzunmüddətli mühasirəyə davam gətirmək üçün qalanın daxilinə gizli yolla su kəməri çəkilmişdi. Qalanın şimalında və cənubunda olmaqla iki böyük darvazası olmuşdur – Şirvan və Təbriz darvazaları. Qala divarları çox qalın olduğundan hətta top mərmilərinə belə davam gətirirdi. 1804-cü ilin iyun – avqustunda general P.Sisianov, 1808-ci ilin iyun – avqustunda isə general – feldmarşal İ.Qudoviçin komandanlığı altında çoxsaylı rus qoşununun İrəvan qalasını mühasirəyə alaraq ələ keçirmək cəhdləri qala müdafiəçilərinin cəhdləri nəticəsində boşa çıxmışdı.[20]
Sərdar sarayı İrəvan qalasının şimal — qərbində — Zəngi çayının uşurumlu sahilində, təbii cəhətdən yaxşı müdafiə olunan ərazidə yerləşmişdir. İrəvan qalası ilə eyni vaxtda əsası qoyulmuşdur.[17] Saray Əmirgünə xan Qacar (1605–1625) tərəfindən ucaldılmış, 1760–1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762–1783) dövründə memar Mirzə Cəfər tərəfindən təkmilləşdirilmişdir. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784–1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdir.[21]
Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseynqulu xanın, qardaşı Həsən xanın, əfsanəvi fars qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797–1834), Abbas Mirzənin (1784–1833), Rüstəm və Söhrabın portretləri vardı.[22][23]
Saray 1913–1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalmış, dağıdılmış, portretlər isə çıxarılaraq Tiflisə aparılmışdır və hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. 1918-ci ildə isə ermənilər sarayı tamamilə məhv etmişlər.[24]
Hərəmxana divarları daxildən al-əlvan naxışlı mərmərlərlə üzlənmişdi. Orada uzunluğu 15 sajen (32 metr) eni 4 sajen (9 metr) və dərinliyi 3 arşın (2,1 metr) olan hovuz da olmuşdur.[25]
Göy məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmriylə[26] tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.
Corc Burnutyan[27] məscidin 1762–1783-cü illərdə, Vladimir M. Arutunyan[28][29] isə 1764–1768-ci illərdə inşa edildiyini bildirir.
Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir; və ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir.
İkinci dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məthəfə döndərilmişdir.[30]
İrəvan məscidləri arasında sənət dəyəri baxımından Şah Abbas məscidinin əhəmiyyətli bir yeri vardı. 1606-cı ildə inşa edilən məscidə xalq Şah Abbas məscidi adını vermişdir. Eyni zamanlarda Gəncədə inşa edilən məscid də eyni memar — Şeyx Bahaəddin tərəfindən inşa edildiyindən bir-birlərinə çox bənzəmişlər.
Sərdar sarayının şərq yanına inşa edilən məscidin yanında mədrəsə, kitabxana və mehmanxana tikilmiş olub böyük bir həyətlə ətraflanan möhtəşəm bir arxitektura külliyyə olaraq elm mərkəzi vəzifəsi ifa etmişdir.
İrəvan xanlığı zamanında məscidin aş evində kasıblara gündə üç pay yemək verilməkdə idi. Dini bir məkan olmaqdan başqa, ictimai bir quruluş olan bu məscid ermənilər tərəfindən hər fürsətdə korlandığından bu gün xaraba halındadır.[31][32]
Məscid on səkkizinci əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan Sərdarın hakimiyyəti dövründə inşa edilmişdir. Məscid Qacar şahzadəsi və Azərbaycan hakimi Abbas Mirzənin adı ilə adlandırılmışdır.
Məscidin fasadı göy və yaşıl kaşılarla bəzədilmiş, mərkəzi hissəsi gözəl gümbəzlə örtülmüşdü.
İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra məscid cəbbəxana kimi istifadə edilmişdir.[33][34][35][36][37] Daha sonra isə bir müddət rus əsgərlərinin sığınacağı olmuşdur. Ermənistan SSR qurulduqdan sonra isə məscid tamamilə məhv edilmiş və dövrümüzə yalnız bir divarının qalığı çatmışdır.[38][39]
İrəvan şəhərinin qədim məscidlərindən biri olan Novruzəli bəy məscidinin dəqiq inşa tarixi bilinməsə də memarlıq xüsusiyyətləri baxımından tədqiqatçılar bu məscidi XIV əsr abidəsi hesab edirlər.[40]
Bir minarəli məscidin əsas binası böyükgümbəzlə tamamlanmış, xarici divarları rəngli kaşılarla işlənmişdi. Məscid Ermənistan SSR dövründə — XX əsrin əvvəllərində məhv edilmişdir.
Rəcəb Paşa məscidi Çuxursəəd vilayəti Osmanlı imperiyasının hakimiyyəti altında olduğu dövrdə inşa etdirilmişdir. Məscid binası gözəl eksteryerə malik dörd sütunlu tağlı tikili olmuşdur. İrəvan xanlığı dövründə şiə İrəvan xanları sünni məscidinin binasından iqamətgah kimi istifadə edilmişdir. 1827-ci ildə məscid binası "Müqəddəs Bakirə" adı ilə Rus Pravoslav Kilsəsi kimi istifadə edilməyə başlamışdır.[41]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |