Qırmızı kitab ― yoxa çıxmaq təhlükəsi olan nadir heyvan və bitkilər toplusu. Azərbaycan Respublikasının “Qırmızı kitab”ı
Fauna və flora növlərinin mühafizə olunmasının effektiv üsullarından biri “Qırmızı Kitab”ın təsis edilməsidir. Hələ 1977-ci ildə Azərbaycanın flora və faunasının genefondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı Kitab”ının təsis edilməsinə dair qərar qəbul edilmişdir.
Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilir. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı rəsmi sənəd olmaq etibarilə, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarımnöv, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Ölkəmizdə bitki və heyvanat aləminin mühafizəsi, həm ölkə qanunvericiliyində, həm də 1989-cu ildə çap edilmiş Azərbaycan SSR-in bitki və heyvanlarının “Qırmızı Kitab”ının I nəşrində təsbit edilmişdir. Bura alimlər tərəfindən Azərbaycan florasında mühafizəsi tələb olunan 140, fauna üzrə isə 108 növ daxil edilmişdir. [1]
Qırmızı kitaba düşmüş bitkilər