Qırmızı meydan (rus. Красная площадь) və ya Qızıl meydan[2] — Rusiyanın Moskva şəhərində meydan. Keçmiş kral qalası və hazırda Rusiya Prezidentinin rəsmi yaşayış yeri olan Kreml, eləcə də Vasili Blajennı kilsəsi, Spasskaya qülləsi bu meydanda yerləşir.
Qırmızı meydan | |
---|---|
rus. Красная площадь | |
55°45′15″ şm. e. 37°37′12″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Moskva |
Yerləşir | Moskva[1] |
Əsas tarixlər | 1963 - Avtomobillərin hərəkəti qadağan edilib. |
Üslubu | Rusiya memarlığı |
Vəziyyəti | stabil |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi |
Təyin edilib | 1990 |
İstinad nöm. | 545 |
Dövlət | Rusiya |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Meydan XV əsrdə inşa olunub. Vladimir Leninin mavzoleyi də bu meydanda yerləşir. Təxminən 73 min m² sahəsi olan meydanda tarixən çox sayda nümayişlər, paradlar, mitinqlər keçirilmişdir. Burada eləcə də edamlar olmuşdur. İkinci Dünya Müharibəsində qalib gələn SSRİ qoşunları meydanda zəfər paradı keçirmişlər. 1987-ci il mayın 28-də Matias Rast adlı həvəskar bir alman pilotu Cessna tipli təyyarəsiylə meydana enmişdir. Rast təyyarəsiylə Almaniyadan əvvəlcə İslandiyaya, oradan Norveç və Finlandiyaya uçmuş, Finlandiyadan isə hava sərhəddini keçərək təyyarəsini Qırmızı meydanda yerə endirmişdir. Bu vaxt heç bir radar onu tutmamışdır. O bu addımını dünyada sülh naminə etdiyinə söyləsə də 437 gün Moskvada həbsdə saxlanılmışdır. Qırmızı meydan Kreml ilə birlikdə 1990-cı ildə YUNESCO tərəfindən Dünya Mirası siyahısına salınmışdır. Hazırda meydanda konsertlər təşkil olunur, dini və tarixi bayramlar qeyd edilir.