Qırmızı səhra (film, 1964)

"Qırmızı səhra" (it. Il deserto rosso) — rejissor Mikelancelo Antonioninin filmi.

Qırmızı səhra
it. Il deserto rosso
Janr dram
Rejissor Mikelancelo Antonioni
Prodüser Antonio Çervi
Ssenari müəllifləri Mikelancelo Antonioni
Tonino Querra
Baş rollarda Monika Vitti
Riçard Harris
Operator Karlo Di Palma
Bəstəkarlar Covanni Fusko
Vittorio Celmetti
İstehsalçılar Film Duemila
Federiz
Francoriz Production
Distribütor Netflix
İlk baxış tarixi 4 sentyabr 1964, Venesiya Kino Festivalı
Filmin növü bədii film
Müddət 120 dəqiqə
Ölkələr İtaliya İtaliya
Fransa Fransa
Dil italyan dili
İl 1964
Rəng rəngli
IMDb ID0058003
Mükafatları Qızıl Şir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Culiananın daxilində qorxu, tənhalıqsevgiyə meyil qəribə şəkildə ahəng təşkil edir. Qəza keçirən qadın özünü olduqca düşkün hiss edir. O, bu çirkin, kədərli dünyada çox narahatdır. Operatorun uzun planları sənaye təsvirlərinin arasında onun incə bədən quruluşunu göstərir. Culiana demək olar ki, kor-koranə hərəkət edir.

Onun bağlılıq hissi duyduğu yeganə varlıq balaca oğlu Valeriodur. Bir müddət Culianaya elə gəlir ki, onu təkcə ərinin iş yoldaşı Korrado Zeller başa düşə bilər. Lakin onların ötəri ünsiyyəti heç nə ilə nəticələnmir.

Culiana oğluna cənubda yerləşən ecazkar bir ada haqqında danışır. Orada gənc qız yaşayır, qayalar isə oxuyur. Axşam sahilə bir gəmi yan alır. Qız gəmidəki insanlardan onu buradan aparmalarını xahiş edir. Lakin onlar başqa dildə danışdıqları üçün qızı başa düşmürlər.

Yekun səhnədə Culiana oğluna zavod borularından çıxan zəhərli tüstü haqqında danışır. Bu zaman fikir verir ki, quşlar insanlardan fərqli olaraq, onlar üçün zərərli olan şeylərdən uzaqlaşıblar.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri : Mikelancelo Antonioni, Tonino Querra
Rejissor : Mikelancelo Antonioni
Operator : Karlo Di Palma
Bəstəkarlar : Covanni Fusko, Vittorio Celmetti
Prodüser : Antonio Çervi
Aktyor Rol
Monika Vitti Culiana
Riçard Harris Korrado Zeller
Karlo Çionetti Uqo
Kseniya Valderi Linda
Rita Renuar Emiliya
Lili Reyms teleskop operatorunun arvadı
Aldo Qrotti Maks
Valerio Bartoleşi Culiananın oğlu
Emanuela Paola Karboni nağıldakı qız
Bruno Borgi
Beppe Konti
Culio Kotinyoli
Covanni Lolli
Hiram Mino Madonia
Culiano Missirini radioteleskop operatoru
Arturo Parmiyani
Karla Ravasi
İvo Şerpiani
Bruno Şipioni

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
Mükafatlar və nominasiyalar
İl Mükafat Kateqoriya Namizəd şəxs Nəticə
1964 XXV Venesiya Kino Festivalı Qızıl Şir Mikelancelo Antonioni Qazandı
FIPRESCI Mikelancelo Antonioni Qazandı
1965 İtaliya kinojurnalistlərinin Milli sindikatının "Gümüş lent" mükafatı Ən yaxşı rəngli film operatoru Karlo Di Palma Namizəd
  1. "Календарь "Сплетника": 5 лучших фильмов Микеланджело Антониони". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]