Tonino Querra (it. Tonino Guerra;16 mart, 1920, Rimini – 21 mart, 2012) — İtaliya şairi, yazıçısı və ssenaristi.
Tonino Querra | |
---|---|
it. Tonino Guerra | |
Doğum adı | Antonio Querra |
Doğum tarixi | |
Doğum yeri | Santarkancelo-di-Romanya, İtaliya Krallığı |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | Santarkancelo-di-Romanya, İtaliya |
Vətəndaşlığı | İtaliya |
Uşağı | |
Təhsili | ali |
Fəaliyyəti | yazıçı, şair, ssenarist, dramaturq, kinorejissor, nasir |
İstiqamət | kino |
Mükafatları | |
toninoguerra.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tonino Querra 16 mart 1920-ci ildə Rimini şəhəri yaxınlığında yerləşən kiçik Santarkancelo-di-Romanya kommunasında anadan olmuşdur. O, bütün ömrünü bu yerlərdə keçirmişdir. Urbino universitetinin pedaqogika fakültəsini bitirmişdir. Yazıçılığa hələ nasist konslagerində başlamışdır[1].
1953-cü ildən Tonino Querra kinofilmlərə ssenari yazmağa başlamışdır. Həmin filmlər klassik dünya kinosunun qızıl fonduna daxil edilmişdir. O, Cüzeppe de Santis, Mario Bolonyini, Damiano Damiani, Mario Moniçelli, Taviani qardaşları kimi rejissorlarla işləmişdir. Mikelancelo Antonioni onun ssenariləri əsasında "Macəra", "Gecə", "Tutqunluq", "Qırmızı səhra", "Şəkilböyütmə", "Zabriski Poynt" və s. filmləri çəkmişdir. Öz yerlisi və yaxın dostu Federiko Fellini ilə isə sonradan tanınmış bir film olacaq "Amarkord"un pyesini fikirləşmişdi. Sonra isə bu əməkdaşlıq nəticəsində "Gəmi isə üzür" və "Cincer və Fred" filmləri yarandı. Andrey Tarkovskinin "Səyahət zamanı" sənədli və "Nostalgiya" adlı bədii filmlərinə ssenari yazmışdır. Vladimir Naumov da onunla əməkdaşlıq edərək "Ağ bayram" və "Əqrəbsiz saat" filmlərini çəkmişdir. Tanınmış rus multiplikatoru Andrey Xrjanovski ilə isə ilk əməkdaşlığı "Çal saqqallı şir" cizgi filmi olmuşdur. Bu cizgi filmi qərb tamaşaçıları və tənqidçiləri arasında inanılmaz uğur əldə etdi və bir çox festivallarda mükafat qazandı. Onların növbəti birgə işi Federiko Fellininin rəsmləri əsasında yaranan "Uzun səyahət" filmi oldu.
1970-ci illərin ortalarında Sovet İttifaqı vətəndaşı Eleonora Yabloçkina ilə ailə qurmuşdu[2].
Rimini şəhərində yaxın dostu Federiko Fellininin şərəfinə "La Sangiovesa" restoranını açmışdır. Həmin restoranı öz rəsmlərilə bəzəmişdir. Şəhər evinin divarlarında şair, keramik lövhələr asmışdır. Bu lövhələr onun bütün ömrü boyu topladığı fəlsəfi kəlamlarla dolu idi[3]. Tonino Querranın şeirləri onun yaxın dostu Bella Axmadulina tərəfindən rus dilinə tərcümə olunmuşdur[4].
Tonino Querra 21 mart 2012-ci ildə 92 yaşında doğma Santarkancelo-di-Romanyada vəfat etmişdir[5].