Qızçiçəyi

Qızçiçəyi (lat. Bellis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Qızçiçəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bellis L.-cinsin adı yunancadan "gözəl" kimi tərcümə olunur. Aralıq dənizi sahillərində, Amerikada, Avstraliyada və Yeni Zelandiyada yayılmış qızçiçəyi cinsinin 80 növü məlumdur. Gülçülükdə bir növdən istifadə olunur. Çoxillik qızçiçəyi (B.perennis) çoxillik ot bitkisidir. Azərbaycanda müxtəlif rəngli formaları yabanı halda geniş yayılmışdır. Birinci il yarpaqları, ikinci il çiçək saplağı tək-tək səbətlərdə inkişaf edir. Çiçəkləri yastı dilcikli ya da boruşəkilli olur. Çiçək qrupunun mərkəzində boruşəkilli sarı dişciyi var. Bu bitkidən qədim zamanlardan bəri istifadə olunur. XVI əsrdə bir neçə yeni növünü yaratmışlar. Qızçiçəyi əsasən kolun bölünməsi ilə çoxaldılır. Qızçiçəyini başqa bitkilərlə birlikdə əkildikdə daha gözəl görünür. Həmçinin bitkini vegetativ yolla-zoğlardan kəsilən qələmlərlə və yarpaqlarla da çoxaltmaq mümkündür.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Bellidium Bertol.
  • Belliopsis Pomel
  • Kyberia Neck.
  • Seubertia H.C.Watson