Qızılı doqquzdon

Qızılı doqquzdon (lat. Lonicera chrysantha) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Qızılı doqquzdon
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şərqi Sibirdə, Uzaq Şərqdə, Çində yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2-4 m-dək olan, şaxələnmiş, möhkəm çətirli, tünd-boz qabıqlı gözəl koldur. Yarpaqların uzunluğu 12 sm-dək, uzunsov-yumurtavari, ucu biz, dərili, tünd-yaşıl, qısa saplaqlıdır. Bir çox növlərdən fərqli olaraq bu növün çiçəkləri qızılı-sarı, bal qoxuludur. 5-6 yaşından hər il çiçəkləyir və bol meyvə verir. Meyvələri qırmızı, şarşəkilli, bünövrəsi ilə bitişikdir. Toxumlarla və qələmlərlə çoxalır, kök atması 100 %-ə çatır.

Torpağa tələbkar deyil. Qışa, quraqlığa, zərərverici və xəstəliklərə davamlıdır. Şəhər şəraitinə yaxşı dözür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Mədəni şəraitdə 1989-cu ildən becərilir.

Gözəl çiçəkləri, meyvələri və parlaq yaşıl yarpaqları ilə çox dekorativdir. Qrup əkinlərində, canlı çəpərlərin salınmasında istifadəsi məsləhət görülür.