Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü.
Qızılı ilişgən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Qızılı ilişgən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır.
D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur. Qızılı ilişgənin rostrumu digər ilişgənlərə nisbətən daha uzun olur.
Şirin su balığıdır. Böyük və kiçik çaylarda yaşayır. Uzunluğu 100 mm-ə çatır. Mingəçevir yaxınlığında Kürdən tutulmuş balıqların uzunluğu 35–75, ortalama 54 mm olmuşdur. Əsas hissə 50–60 mm-lik fərdlərdən ibarət olmuşdur. Qidasını kiçik su cücüləri və bitki detriti təşkil edir. Mədəsində yay zamanı çoxlu miqdarda tendipedid sürfələri, nisbətən az miqdarda diatom yosunları, bəzən də olqoxetlər və habelə göy-yaşıl yosunlar tapılır.[2]
Kürülər hissə ilə yetişir. Dişilər 48, erkəklər 40 mm uzunluqda cinsi yetkinliyə çatır. Yetişməsi hissə-hissədir. 64–69 mm-lik balıqların məhsuldarlığı 1138–1209 iri kürü olmuşdur. Alazan çayında iyul ayının axırlarında tutulan balıqların hamısında cinsi məhsullar yetişmiş halda idi. Bu da onların Alazan çayında çox gec kürü tökməyə başladığını gğstərir. Kürün aşağı hissələrindəki su hövzələrində qızılı ilişgən daha erkən kürü tökür.
Qızılı ilişgən balığının heç bir təsərrüfat əhəmiyyəti yoxdur.