Qızıl Orduda 1941-ci il repressiyası — İkinci Dünya müharibəsi zamanı Stalin tərəfindən Qızıl Orduda həyata keçirilən repressiya nəzərdə tutulur.
1941-ci ilin iyunundan Sovetlər üzərinə alman hücumunun başlamasına baxmayaraq, 1940-cı ilin oktyabrı ilə 1942-ci ilin fevralı arasında həyata keçirilmişdir. Stalin tərəfindən başladılan bu repressiya Sovet İttifaqı Hərbi Hava Qüvvələrində xüsusilə hiss edilmişdir.
"Böyük təmizləmə" 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyasıdır.[1] Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir.[2] Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi.[3][4][5] "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür.[6][7][8][9]
Böyük Təmizləmə 1939-cu ildə sonlandırıldı. 1940-cı ilin oktyabrında NKVD-in yeni rəhbəri olan Lavrenti Beriya isə yeni bir təmizləmə dalğası başlatdı. Bu dəfə, xüsusən Sursat Komissarlığı, Aviasiya Komissarlığı, Silahlanma Komissarlığı repressiyanın mərkəzinə çevrildi. Bu komissarlığın yüksək vəzifəli şəxsləri ənənəvi olaraq işğəncə altında təqsirlərini qəbul edir və digərlərinin əleyhinə ifadə verirdilər. Müqəssirlər antisovet fəaliyyət, sabotaj və casusluqda ittiham edilərək həbs edilirdilər. Hərbi sahələrə bağlı komissarlıqlarda gedən repressiya 1941-ci ildə də davam etmişdir.
1941-ci ilin aprel-may aylarında Siyasi Büronun Hərbi Hava Qüvvələrində yüksək qəza nisbəti ilə bağlı araşdırması bir neçə komandirin, o cümlədən Hərbi Hava Qüvvələrinin rəisi, general-leytenant Pavel Rıçaqovun işdən çıxarılmasına səbəb oldu. May ayında alman hərbi təyyarəsi olan Ju 52 Moskvaya endi və gəldiyi uzun yol müddətində heç bir Sovet hərbi hava hücumundan müdafiə sistemi onu görə bilməmişdi. Bundan sonra Hərbi Hava Qüvvələri sahəsində kütləvi həbslər başladıldı.[10] NKVD tezliklə diqqəti onlara cəmlədi və 1937-1938-ci illərin sui-qəsdləri ilə əlaqəsi olan, Hərbi Hava Qüvvələri ətrafında mərkəzləşmiş alman casuslarının ordudakı antisovet sui-qəsdini araşdırmağa başladı. Şübhəlilər 1941-ci ilin iyun ayının əvvəllərində Hərbi Əks-kəşfiyyat idarəsindən NKVD-ə köçürüldülər. 22 iyun 1941-ci ildə baş vermiş alman hücumundan sonra da belə həbslər davam etdirildi.
Həbs edilən bir sıra yüksək rütbəli və vəzifəli şəxslər:
Müharibənin ilk aylarında çoxlu komandirlər, xüsusən də general Dmitri Pavlov uğursuzluqlara görə günah keçisi edildi. Kampaniyanın ilk günlərində qüvvələri ağır məğlubiyyətə uğradıqdan sonra Pavlov həbs olundu və edam edildi. Əvvəldən ititham edilənlərdən yalnız ikisi - Xalq Silahlanma Komissarı Boris Vannikov (1941-ci ilin iyulunda azad edilib) və Xalq Müdafiə Komissarının müavini general Kirill Meretskov (1941-ci ilin sentyabrında azad edilib) - həbsdən qurtula bildi. Qeyd etmək lazımdır ki, Kirill Meretskov həbsdə olduğu zaman işğəncə altında günahını "etiraf etmişdi".[11]
Bunlardan başqa həbs edilmiş 300 hərbçi - general-leytenant Nikolay Kliç, general-leytenant Robert Klyavinş və general-mayor Sergey Çernix - 16 oktyabr 1941-ci ildə edam edildilər. Bu zaman Moskva ətraflarında almanlarla döyüşlər getməkdə idi. Digərləri isə 17 oktyabrda sovetlərin müvəqqəti paytaxt etdikləri Kuybişevə göndərildilər. 28 oktyabr 1941-ci ildə Lavrenti Beriyanın şəxsi əmrindən sonra hərbçilərdən iyirmisi Kuybişev yaxınlığında güllələndilər. Onların sırasına general-polkovniklər Aleksandr Loktionov və Qriqori Ştern, general-leytenantlar Fyodor Arjenuxin, İvan Proskurov, Yakov Smuşkeviç və Pavel Riçaqov da daxil idi. Qeyd etmək lazımdır ki, bu güllələnmə zaamnı təkcə 1941-ci ildəki repressiya zamanı həbs edilən hərbçilər öldürülməmiş, eyni zamanda, Riçaqovun arvadı və 1939-cu il repressiyası zamanı həbs edilmiş şəxslər də öldürülmüşdür. Bunlara Flipp Qoloşçyokini və Mixail Kedrovu misal göstərmək mümkündür.[11]
1941-ci ilin noyabrında, Beriya, Böyük Təmizləmə başa çatdıqdan sonra ilk dəfə olaraq, Ali Məhkəmənin Hərbi Kollegiyasının və Siyasi Büronun təsdiqini tələb etməmək üçün yerli hərbi məhkəmələr tərəfindən çıxarılan ölüm hökmlərinin icrası prosedurunu sadələşdirmək üçün Stalinə uğurla lobbiçilik etdi.
29 yanvar 1942-ci ildə qırx altı nəfər, o cümlədən 17 general, o cümlədən general-leytenantlar Pyotr Pumpur, Pavel Alekseyev, Konstantin Qusev, Yevgeni Ptuxin, Nikolay Trubetskoy, Pyotr Klyonov, İvan Selivanov, general-mayor Ernst Schacht və keçmiş Xalq Sursat Komissarı İvan Sergeyev Xüsusi Şura tərəfindən ölümə məhkum edildilər. Bu şəxslər Stalinin açıq-aşkar təsdiqindən sonra 23 fevral 1942-ci ildə Qırmızı Ordu Günündə edam edildilər.
4 fevral 1942-ci ildə Beriya və onun müttəfiqi Georgi Malenkova (hər ikisi Dövlət Müdafiə Komitəsinin üzvü idilər) hərbi hava qüvvələri materiallarının istehsalına, silahlanmaya və sursat təminatına rəhbərlik etmək tapşırıldı.
1950-1960-cı illərdə de-stalinizasiya zamanı bir çox qurbanlar ölümündən sonra bəraət qazandılar. 1953-cü ilin dekabrında Sovet İttifaqı Ali Məhkəməsinin xüsusi gizli iclası, özü də lazımi prosedur olmadan Beriyanı 1941-ci ilin oktyabrında məhkəmədənkənar edamlara və digər cinayətlərə görə terrorizmdə təqsirli bildi və ona hökm olaraq ölüm cəzası verildi.